Lənkəranda güclü yanğın
Bizi izləyin

Qırmızı.az

Lənkəranda güclü yanğın

Lənkəranda güclü yanğın

Bu gecə Lənkəranda güclü yanğın hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Liman şəhər sakini, 1959-cü il təvəllüdlü Əliyar Rəzzaq oğlu Rəhimova məxsus fərdi yaşayış evi yanıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində 3 otaqlı ev içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq külə dönüb. Xoşbəxtlikdə yanğın zamanı xəsarət alan olmayıb.

İlkin ehtimala görə yanğın elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm