Daha bir nazirlik “Tələbə-məzun” sisteminə qoşulacaq
Bizi izləyin

Qırmızı.az

Daha bir nazirlik “Tələbə-məzun” sisteminə qoşulacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq.

Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “”Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı İKT - dən istifadəni nəzərdə tutmaqla təhsilin daha səmərəli idarə olunmasına və dövlət orqanları arasında informasiya mübadiləsinin xeyli dərəcədə sürətləndirilməsinə böyük töhfə olmuşdur.

Respublika Prezidentinin yeni Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu sistemdən yararlana biləcək. Nəticədə adı çəkilən dövlət qurumu üçün zəruri olan məlumatların qısa müddət ərzində, elektron formada əldə edilməsi təmin olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm