Qırmızı.az
Azərbaycan snayperinə müştəri var
"Həm 7.62x51, həm 7.62x54 mm snayper tüfənglərinə, həm də digər iki iriçaplı snayper tüfənglərinə Pakistan, Misir və digər ölkələrdən müxtəlif təkliflər var. 14.5 mm çaplı “İstiqlal” snayper tüfəngi üçün təkliflər almışıq və üzərində işləyirik. Sənədləşmə, testlər, kommersiya təklifləri müzakirə olunmalıdır".
Bunu “Azeri Defence” jurnalına müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi (MSN) özünü döyüşlərdə doğrultmuş geniş çeşidli snayper tüfəngləri istehsal edir: “Hər bir silah üçün əsas sınaq meydanı real döyüşlərdir. Təbii ki, istifadəçilər də müharibələri keçən silahlara önəm verirlər. Bu gün bizim istehsal etdiyimiz bütün silah və sursatlar da bilavasitə döyüşlərdə tətbiq olunur və özünü doğruldub. 14.5 mm çaplı “İstiqlal” antimaterial snayper tüfəngimiz Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində yer alır. Azərbaycan hərbçiləri cəbhə xəttində, ən çətin iqlim və relyef şərtlərində bu silahdan istifadə edir və yüksək nəticələri var".
Y.Camalov bildirib ki, 12.7 mm çaplı "Mübariz" adlı snayper tüfənginin sınaqları hələ davam edir: "Bu silahın seriyalı istehsalını bu ilin sonu, gələn ilin əvvəllərinə nəzərdə tuturuq. 7.62x51 mm çaplı “Yalquzaq” adlı snayper tüfənginin isə seriyalı istehsalına başlamışıq. Yüzə yaxın tüfəng istehsal olunub və sifarişçiyə çatdırılmaq üçün hazırdır. 7.62x54 mm çaplı “Yırtıcı” adlı digər snayper tüfəngi üçün də sifariş gözləyirik. Sifariş olarsa, bu il onun da seriyalı istehsalına başlayacağıq".
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO