Qırmızı.az
Sürücülük vəsiqəsi verən yeni qurum
Azərbaycanda traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunu və sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini) Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi təmin edəcək.
Trend-in məlumatına görə, bu barədə Dövlət Müfəttişliyinin Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş Əsasnaməsində deyilir.
Bundan başqa, Dövlət Müfəttişliyi kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatını aparacaq, kənd təsərrüfatı texnikasının dövlət texniki baxışını keçirəcək və kənd təsərrüfatı texnikasından istifadəyə nəzarət edəcək.
Dövlət Müfəttişliyi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
- hüquqi və ya fiziki şəxslərin mülkiyyətində, istifadəsində və
icarəsində olan kənd təsərrüfatı texnikasında zəmanət müddətində
yaranmış nasazlığın müqavilə şərtlərinə uyğun olaraq aradan
qaldırılmasına nəzarət edir;
- dövlət qeydiyyatına alınmış mexaniki nəqliyyat vasitələrinin
rəsmi reyestrinin kağız və elektron daşıyıcılar üzərində
aparılmasını təmin edir, onlara dövlət qeydiyyat nişanları və
dövlət qeydiyyat şəhadətnamələri verir;
- kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatına alınması,
dövlət texniki baxışının keçirilməsi, traktor və digər mexaniki
nəqliyyat vasitələrini idarə etmək üçün traktorçu-maşinist
vəsiqəsinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin
elektron formada qəbul olunmasını təmin edir;
- müasir tipli texnikanın idarə edilməsi sahəsində ixtisaslı
kadrlar hazırlanmasında iştirak edir;
- kənd təsərrüfatı texnikasının dövlət texniki baxışından
keçirilməsi qaydaları haqqında kütləvi informasiya vasitələrində
məlumat verir;
- dövlət qeydiyyatına alınan dövlət texniki baxışından keçirilməmiş
kənd təsərrüfatı texnikasını texniki baxışdan keçirir;
- texniki vəziyyəti qanunun və ya dövlət standartlarının
tələblərinə uyğun gəlməyən, dövlət qeydiyyatına alınmayan, qanunla
müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçməyən kənd
təsərrüfatı texnikasının istismarını qadağan edir;
- dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasının
istismarı qaydalarının pozulmasının qarşısını almaq üçün tədbirlər
görür və pozuntuların aradan qaldırılmasını hüquqi və fiziki
şəxslərdən tələb edir;
- kənd təsərrüfatı texnikasının ipoteka müqaviləsinin qeydiyyata
alınmasını və daşınar əmlakın rəsmi reyestrindən çıxarışın
verilməsini təmin edir;
- traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün
nəzəri və təcrübi imtahanları keçirir, sürücülük vəsiqəsini verir
və dəyişdirir;
- dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasının dövlət
qeydiyyat nişanlarının seriyalarına görə yerlərdə mərkəzləşdirilmiş
qaydada elektron məlumat bazasının yaradılmasını və aparılmasını
təmin edir;
- rayonlarda (şəhərlərdə) özəl aqroservislərin yaradılması və
onların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə maarifləndirmə
işi aparır;
- rayon (şəhər) texniki nəzarət müfəttişliklərinin fəaliyyətinə
nəzarəti həyata keçirir və b.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi