Qırmızı.az
Abid Şərifov yanan binadan danışdı - MÜSAHİBƏ/VİDEO
Son zamanlar ölkənin müxtəlif media orqanlarında Azadlıq prospektində yanan bina ilə bağli müxtəlif fikirlər dolaşır. Kütləvi informasiya vasitələrində binanın təmirinin əslində heç də baha başa gəlmədiyi, qiymətlərin şişirdilməsi haqqında yazılara rast gəlmək olur. Medianın gündəmini zəbt edən digər bir mövzu isə rayon qeydiyyatında olan maşınların paytaxta buraxılmaması ilə bağlı fikirlərdir. Əhalini narahat edən bütün bu sualları Mir Şahin Ağayev baş nazirin müavini Abid Şərifova ünvanlayıb.
Publika.az həmin müsahibəni təqdim edir:
- Abid müəllim, gəlin söhbətimizə Binəqədi rayonu
ərazisində yanmış binanın aqibəti ilə bağlı görülən işlərdən
başlayaq. Sonra isə söhbətimizin gedişində digər məsələlərə
çıxacağıq. Əvvəlcə başlayaq ki, yanmış binanın, belə desək, külünün
altından nə çıxdı? Günahkarlar, müqəssirlər həmin o yaxalananlarmı
oldu, yoxsa əlavələri də çıxdı ortalığa? Bir sədr olaraq
bildirərdiz, komissiya nə nəticələrə gəldi?
- Yanan bina ilə əlaqədar hələ istintaq sona çatmayıb. Hələ son
nəticə yoxdur. Yəqin ki, yaxın günlərdə bu məlum olasıdır. Son
nəticə, səbəb və kimlərinsə təqsirləndirilməsi... Bu barədə mən
əlavə deyə bilərəm? İndi hələ istintaq gedir, ona görə də hələ ki,
iki-üç gün bundan qabaq üçün məlumat belədir.
- İstintaq gedirsə, onda hələlik bunun terror aktı
olub-olmaması da araşdırılır?
- Yox, bu barədə söhbət yoxdur. Amma son nəticə, yəqin ki, gələn
həftə, 10 gün ərzində tamamilə bitməlidir. O ki qaldı digər
məsələlərlə, inşaatla əlaqədar işlərə, biz çox çalışırıq ki, bu
binanın təmiri 15 sentyabra kimi qurtarsın. İnşaatçılar və biz də
belə bir tapşırıq almışıq.
Nə üçün 15 sentyabra? Yəni dərslər başlanana qədər qurtarsın ki,
orada yaşayan insanların balaları üçün, övladları üçün məktəb
problemi, institut problemi yaşanmasın. Çünki bu insanlar ayrı-ayrı
yerlərdə yaşayırlar. Bəziləri şəhərdən kənarda, bəziləri uzaqda
qalır, həmin o rayonda yaşamır. Ona görə bir problem olmasın deyə,
əsas məqsədimiz bundan ibarətdir ki, 15 sentyabra kimi bu binanı
qurtaraq. Düzdür bu, çox çətin məsələdir. Çox adam mətbuatda
deyilənləri araşdırmadan öz fikirlərini söyləyirlər. Ona görə mən
istərdim bəzi məsələlərə aydınlıq gətirim.
- Əvvəl yuvarlaqlaşdıraq o deyilən fikirləri ki, sizin
cavab verməyiniz üçün şərait yaradaq. Bəli, mətbuatda məlumatlar
yayılır ki, hətta guya işlərin müəyyən bir hissəsi baha başa gəlir.
Hətta deyirlər ki, guya camaatın orada yaşayacaq hissəsi nədənsə
narazıdır. Yəni mən istiqaməti müəyyənləşdirirəm, sizi də bu
istiqamətdə cavab verməyə dəvət edirəm.
- Mən sizə onu deyə bilərəm ki, inşaatı təmin edəcək podratçı
təşkilat vətəndaşların, ev sahiblərinin iştrakı ilə icra
hakimiyyətinin nümayəndələri ilə bütün o yanmış mənzilləri bir-bir
gəziblər və aktaşdırılıb. Yəni biz əvvəlcədən, binanı sökməmişdən
qabaq bilmişik ki, filan nömrəli mənzildə kafel nədir, hansı divar
kağızıdır. Divar kağızı yana bilərdi, tüstüdən rəngi gedə bilərdi,
amma prinsipcə, divar kağızı hansı rəngdədir, hansı ölkənin
istehsalıdır və qiyməti nədir, bunu təxmini bilirdik.
- Əlbəttə, onu aydınlaşdırmaq olar.
- Binada tam yananlardan söhbət getmir. Ona görə də biz burada
mənzilləri seçə bilmərik. Biz mənzillərin hamısında cənab
prezidentin göstərişinə uyğun olaraq ən yüksək keyfiyyətli istər
kafel, metlak, istərsə də divar kağızı olsun, hamısı ilə təmin
edilməlidir. Burada ayrı-seçkilikdən söhbət gedə bilməz. Kimdəsə
ucuz və ya baha material olub. Bu qeyri mümkündür. Hamısı ən yüksək
keyfiyyətlidir. İkincisi isə cənab prezidentin göstərişinə uyğun
olaraq bütün mənzilləri biz mebellə təmin edəcəyik. Mənzillər
yalnız yataq mebeli ilə deyil, eyni zamanda mətbəx mebeli ilə də
təmin olunacaq. Bütün mənzillər.
Bir də ki, bəzi adamlar təmirlə bütün yanmış evin bərpasını
qarışdırır. Misal üçün bunu biz müqayisə edək indiki müasir vaxtda
tikilən evlərlə. Deyirlər ki, bir metrə kvadratını filan qədərə
satırlar - min iki yüzə, min üç yüzə... Yerindən asılı olaraq amma
təmirsiz.
Yəni içərisində onun yalnız santexnika işləri görülür, kanalizasiya, istilik sistemi çəkilir, hər bir şey. Yalnız divar kağızı vurmaq, rəngini aparmaq, döşəməni vurmaq, pəncərələr də yerində olur. Amma, bu evdə heç nə yoxdur. Bu evdə karkasdan başqa, hansı ki, o da 6-cı mərtəbədən möhkəmləndirilib, bütün fasad tamamilə sökülüb, pəncərələr, qapılar hamısı yanıb. Ona görə də bunu kimsə deyir ki, bu ucuzdu və ya bahadır... Bu, əsaslandırılmamış söhbətlərdir. Yəni bir də mən sözü təkrar edirəm ki. göstərişə uyğun olaraq ən yüksək səviyyədə bərpa olunur. Bundan əlavə demək istəyirəm ki, o sahədə istilik sistemi çox zəifdir. Ümumiyyətlə o 7-8 evdə belədir. Ona görə də yeni qazanxana tikilir. Tikilir yox, daha doğrusu, orada qazanxana yox idi, istilik mərkəzi idi. Onu çeviririk qazanxanaya ki, bu insanlar istər isti su, istər istilik olaraq yararlansın. O evlərdə ümumiyyətlə isti su məsələsi yoxdur. Bilirsiz ki,16 mərtəbəli evlərdə ümumiyyətlə qaz məsələsi yoxdur. Hamısı elektrik təchizatı ilədir. Amma təəsüflə qeyd edirəm, bunu ehtiyyatla danışıram. Mən bildiyim qədər, məndə olan məlumata görə, o 16 mərtəbəli evlərdə evin içərisində balon qazı istifadə olunur. Bu odla oynamaq kimi bir şeydir. Daha bir az qeyri-normal danışmış olsam, ölümlə oynamaq kimi bir şeydir. Evin içərisinə balon qazı gətirib, mətbəxdə və yaxud da isti su kimi və başqa prinsiplərə görə, istifadə etmək bu çox-çox xatalı bir məsələdir. Biz ona görə, bundan istifadə edib istəyirik ki, bu evin isti su problemini də mərkəzləşdirilmiş halda həll edək. Eyni zamanda bu evin su problemi. Burada yulnız bu evdən söhbət getmir. Biz o sistemi düzəltdikdə bütün ətrafdakı evlərin su sistemi yaxşılaşacaq. Eyni zamanda elektrik təchizatı. Belə ki, hər bir şey sıradan çıxıb. Burada istər birinci mərtəbə, istər beşinci, istər ofislər tamamilə sıradan çıxıb. Bütün fasad da o cür. Yəni, demək istəyirəm ki, çox ağır işdir bu, həqiqətən. İşin əvvəla həcmi çoxdur və tapşırıq ciddi tapşırıqdır ki, 15 sentyabradək, özü də, yüksək keyfiyyətlə öz həllini tapsın. Bir şeyi də nəzərə alın ki, bu 16 mərtəbəli evdə bir kran yox, bir şey yoxdur. Hamısı əllə görülmə işdir, məsələ burdadır. Mən sizə sadəcə bir misal söyləyəcəm. Binanın lifti... orada yəni belə bir balaca 50 kiloqramlıq qaldırıcı qoyulub. Onun maksimum qaldırma gücü 50 kiloqramdır. Amma iki dənə lift montaj olunmalıdır orada, lift qalxmalıdır 16-cı mərtəbənin damına. İndi düşünün. Ora 50-70 metr hündürlüyə qalxan kran da yoxdur.
- Yəni bu tikinti işlərini görməkdən ötrü
lazımdır?
- Tikinti işləri çox çətindir. Yəni o müddətə görə deyirəm. Ona
görə də liftlər də dəyişilir, məsələ bundadır. Ona görə də bəzi
adamlar, bu bahalı məsələsinə görə, gəlsinlər. Bizə hər zaman
inşaatçılar, sifarişçi, layihə institutu bütün sənədləri göstərə
bilər. Artıq-əskik söhbətlərə yol verməmək məqsədi ilə. Əsas məsələ
ondan ibarətdir ki. biz insanlarımızı razı salmalıyıq. Orada yaşan
adamlarımızı. Ona görə də tapşırıq belədir ki, yüksək keyfiyyət
olsun. Təkrar edirəm bir də, istər mətbəx, istər evdə bütün mebellə
təmin olunmalıdır.
- Abid müəllim bu insanların dərdinə böyük hörmət, böyük
sayğı ilə yanaşırıq. Bu gün fürsətdən istifadə edib bir də o binada
yanmış, xəsarət almış, həlak olmuş insanların dərdinə şərik oluruq,
ölənlərə baş sağlığı arzu edirik. Bunlar öz yerində, amma biz
bilirik ki, insanın naturasında bir az fürsətçilik var. Onlar
yaranmış fürsətdən istifadə edib həmişə bir-iki addım irəli düşmək
istəyirlər. İndi təbii ki, kimsə evini, kimsə mənzilini itirib.
Sizin dediyinizdən də belə başa düşdüm ki, bəziləri bu yaranmış
fürsətdən istifadə edib daha çox əldə eləmək istəyirlər. Belə
şeylərin şahidi olmursuz ki?
- Vallah, mən hazıram bir komissiyanın bir sədri kimi, hər bir
vətəndaşı, mən gələn həftə gedərəm, məlumat verərəm İcra
hakimiyyətinə, görüşərəm bir başa yerində. Bəlkə camaatın hansı sa
bir istəyi var. Hələ mən bu günə qədər, yalnız bir məsələni biz
sona çatdırmamışıq, o yanan maşınlarla əlaqədar. Ancaq mən adətən,
məndə necə deyərlər bu poçtaya baxmaq məsələsi çox ciddi qoyulub.
Belə bir məsələ və ya digər məsələlərlə əlaqədar mən özüm elə bir
şey eşitməmişəm. Mən yığaram camaatı, xahiş edərəm görüşə
gəlsinlər, kimin sualı varsa baxarıq. Bu yerdə mən hazıram baxmağa.
Ancaq o deyilən çərçivə-çərçivəsində. Biz təkrar etmək
istəmirəm...biz o Rəhmətə gedənlərə mən də qoşuluram, hamısının
ailələrinə bir daha...Allah Rəhmət eləsin, Allah səbr versin. Amma
biz lazımı işi lazımı keyfiyyətlə görəcəyik. Əyər kiminsə hansısa
bir şikayəti varsa mən hazıram qulaq asmağa və baxılmağına.
- Bu binaların üzdüklərinin dəyişdirilməsi prosesi tam başa
çatdı?
- Yox hələ, davam edir, bu yaxınlarda başa çatacaq.
- Bu hansı təşkilat edir? Adın da demişdiz siz keçən dəfə
jurnalistlərə. Üzlüklərin dəyişdirilməsi ilə məşğul olan təşkilatın
adını.
- Təşkilatlar çoxdur.
- Yox. Alabala demişdiz, Əlibala demişdiz. O
şirkət.
- Yox. Məndən soruşmuşdular ki, yanan binanı kim təmin edəsidir,
məşğul olasıdır. Mən də o suala dedim ki, ay balam sənin üçün nə
fərqi var kimdir? Sən guya bütün şirkətləri tanıyırsan? Bunu ciddi
bir problemə döndərdilər.
- Bilirəm. Elə ona görə də qayıdıram, bir az
yarı-zarafat gəldim bura.
- Binada “Aqrartikinti” şirkəti işləyir. “Aqrartikinti” şirkəti
istər Bakıda, istərsə də Bakıdan uzaqlarda, Azərbaycanın ayrı-ayrı
bölgələrində, istər məktəb tikintisində, istər yaşayış evlərinin
tikintisində təcrübəli bir şirkətdir. Mən bu şirkətin
mütəxəssislərini tanıyıram, 50 ildən çoxdur ki, inşaata (sahəsində)
işləyirəm, elə o müddətdə də onları tanıyıram.
- Yəni zəmanət var onların fəaliyyətinin
keyfiyyətinə.
- İndi mən bir neçə misal çəkə bilərəm o şirkət haqqında, heç başqa
şeyləri demədən. Heydər Əliyev sarayını yenidən təmir edən
şirkətdir.
- Aydındır.
- Hacı Zeynalabdin Tağıyevin ev muzeyini restavrasiya edən şirkət.
Bununla hər şey deyilir.
- Aydındır, aydındır.
- Yaşayış evlərindən, məktəblərdən danışmağa heç ehtiyac yoxdur.
Elə bilirəm ki, bu hər bir ən aparıcı şirkətlər üçün də misal ola
bilər. Yəni burada o keyfiyyətdən (ayrı) söhbət ola bilməz. Yəni
zəmanət verilir. Düzdü təkrar etməyim amma, (yanan binanın)
çoxmərtəbəli olmasından işin çətinlikləri əmələ gəlir.
- Abid müəllim nəzərə alsaq bu bizim bu yanmış bina
ətrafında sizinlə yekun söhbətimizdir, indi siz özününz məsləhət
bildiyiniz bir halda mətbuata açıqlama verəcəksiz, bu təbii ki
sizin işinizdir.
- Sözsüz, bəli-bəli.
- Amma yekun söhbət olduğu üçün mən bu sualı vermiyə
bilmərəm. Hökümət baş verən bu hadisədən hansı dərsi çıxartdı?
Bundan sonra nələri başqa cür eləmək lazım gələcək?
- Əvvəla cənab prezident tərəfindən ciddi tapşırıq verilib və
ayrı-ayrı qurumlara, o cümlədən də mənə. Biz tapşırıq veririk,
otapşırıqların əsasında. Yeni qaydaların tətbiq olunması, cəzaların
ciddilənməsi, ola bilsin bəzi dəyişikliklər olasıdır ki, mən onu
indidən deyə bilmərəm. Soz söz, qərar qəbul olunasıdır. son
nəticədə. Yəqin ki, buna vaxt lazımdır, çünki bu elə-belə xırda
məsələ deyil. Ona görə də biz tapşırığa uyğun olaraq, ayrı-ayrı
ölkələrin bir daha və bir daha...istər Avropa, istər Yaponiya,
istər Amerika və digər aparıcı dövlətlərin, qonşu bizə qardaş
dövlətlərin təcrübələrini öyrənirik, onlarda (olan) qanunlarını
öyrənirik. İndi hesab ediz, 10-15 ölkənin yüzlərlə
qanun-qaydalarını qaldırmaq...
- Bəli.
- Minlərlə vərəq.
- Böyük işdir.
- Onları almaq, çatdırmaq,öyrənmək, müqayisə etmək..
- Vaxt aparan işdir.
- Kiçik məsələ deyil. Ona görə də buna vaxt lazımdır. Biz belə bir
tapşırıq almışıq. Yəni elə bilirəm ki, cənab prezidentin
tapşırığına uyğun olaraq biz öz təkliflərimizi hazırlayıb təqdim
edəsiyik.
- Və sonuncu sualım bu Nazirlər kabinetinin Bakıya müxtəlif rayonlardan gələn maşınların buraxılması ilə bağlı verdiyi qərarla bağlıdır. Bu qərar mətbuatda müxtəlif şəkildə təfsir olunur. Bəziləri hətta belə bəyanat verirdilər ki, guya rayon qeydiyyatında olan maşınlar şəhərə buraxılmayacaq. Bunun üçün aydınlaşdıraq.
- Çox sağolun bu suala görə Şahin müəllim. Başlamışıq biz
hamımız şəhərə buraxmırlar və s. Mən sizə bir şey deyim də, əvvəla
elə bir anlayış yoxdur. Biz şəhərə rayondan gələn vətəndaşlarımızı
buraxmırıq...necə yəni buraxmırıq? Kim deyir onu buraxmırıq?
Biz deyirik ki, yəni biz belə bir rəyə, nəticəyə gəlmişik ki,
şəhərə girən avtomobillər 5 tondan yuxarı, gün ərzində, saat 9-10
kimi buraxılmır. Yəni hansı ölkəyə getmiş olsaz bu qayda-qanun
var.
5 tonacan fərq etməz. Gəlir, şəhərdə- girir, çıxır işləyir- problem
yoxdur. 5 tondan yuxarı, gün ərzində şəhərin mərkəzinə girmək
olmaz. İstər bu inşaatla əlaqədar olsun, istər bizim şirkətlər
olsun, şəhər, istər digər fərq etməz. Yalnız axşam saat 10-dan
səhər 7-yə kimi işləmək olar. Bütün ölkələrdə bu qəbul olunmuş
qaydadır. İctimai nəqliyyatdan söhbət yoxdur ümumiyyətlə. Yəni
Azərbaycanın istənilən bölgəsindən şəhər istiqamətində gələn
avtobuslar, dövlət maşınları, xüsusi maşınlar, yəni xüsusi
təyyinatlı maşınlar...heç bir problem yoxdur.
- Bu xüsusi təyinatlı nələr daxildir? Təcili yardım
maşınları, inkasator maşınları...
- Təcili yardım, yanğın maşınları, texniki yardım maşınları və s.
Avtobuslar...heç bir problem yoxdur. Avtobuslar avtovağzalacan,
taksi- avtovağzalacan...rayondan gəlir lisenziyası ilə...heç bir
problem yoxdur. Amma gəlib şəhərin içində, hesab ediz də...
- Hesab ediz nədi, görürdük də. Şəhərin mərkəzinə qədər
çıxırdılar.
- O minik maşınları ilə gələnlər, hansılar ki, gəlirlər şəhərə,biz
deyirik axşam gəlin. Bəzi adamlar deyirlər ki, bəzi bizim
mütəxəssislər və ya ekspertlərimiz...eşidirəm, oxuyuram bəzi
qəzetlərdə ki, axşam ən çox qəza vaxtıdır. Axşam bu şəhərə gələn
şəhərdə oynamağa gəlmir ki, bu hansısa məqsəd üçün gəlir. Ya evinə
gəlir, ya qonşusuna gəlir, ya bir iş dalınca gəlir...çox gözəl.
Gəlir-gəlsin. Xoş gəlib. Gözümüz üstə yeri var. Əgər günüz vaxtı
gəlirsə oturub gözləməlidir həmən o duracaqda.
- Bəli.
- Maşını qoyub gələ bilər avtobusla, ya taksi ilə. Maşını orda,
necə deyərlər ödənişsiz dayanacaqdır, bütün orda şərait yaradılıb
insanlar üçün. Yəni söhbət avtomobildən gedir, insanlardan getmir.
Kim istəyir gəlsin.
- Təbii-təbii.
- Oradan da şəhərin istənilən istiqamətlərində avtobus marşurutları
olasıdır, taksilər olasıdır. Və orda əyər kim istəsə bir saat, iki
saat, üç saat oturmaq üçün bütün şərait yaradılasıdı. O ki, qaldı
kimsə xüsusi maşında gəlir. Deyirik axşam gəl. Deyirlər ki. guya
axşam-üstü ən çox qəza...hardadı o uçot? O uçota ən çox baxan
mənəm, o bir komissiyanın sədri kimi. Biz əksinə deyirik ki,
götürək bir komissiya kimi yox, vətəndaş kimi. Götürək bu jiqulidə
yayın bu istisində, günün altında, nə kondisioneri var, nə bir şeyi
var...40-45 dərəcə istinin altında, arvad, uşaq, bala, ana,
“jiquli”də gəlir, ya bir “volqa”-da gəlir, ya başqa bir maşında
gəlir. Bir də var ki axşam tərəfi gəlir, rahat gedir şəhərdə işini
görür, maşınla gəzir, hara istəyir gedir, hara istəyir çıxır, sonra
qayıdır çıxır gedir...qayıtmağa heç bir mərhələ yoxdur. Burada nə
problem ola bilər, mən heç bir problem görmürəm. Sadəcə
vətəndaşlarımıza deyirik ki, siz o minik maşınları ilə... yəni
xəstələrdən söhbət gedə bilməz, kəndə təsərrüfatı məhsullarından
gedə bilməz. 24 saat ərzində şəhərə girən bütün növ nəqliyyatlar,
kənd təsərrüfatı məhsulları ilə buraxılırlar. O barədə söhbət ola
bilməz. o cürə də qərar qəbul olunub.
Yalnız şəhərdə də biz xüsusi tələblər qoyasıyıq. Çünki şəhərdə
istər işləyənlər üçün, yaşayanlar üçün normal şərait olmalıdır. Hər
bir vətəndaşımızı narahat edən, Bakı sakinlərini...birinci şəhərdə
olan bu nəqliyyatla əlaqədar problemlərdir. Məktəblərimizin
yanından səhər keçmək olmur- doğrudurmu?
- Bəli-bəli.
- Hamı balasını uşağını maşınla gətirir, maşınla aparır. Yollar
bağlanılır. Məktəblərin adını çəkmək istəmirəm.
- Təbii ki, hamısının ətrafı belədir.
- İkincisi. Bizdə Azərbaycanda institutlar, dövlət müəssisələri
eyni zamanda işə başlayır. Əksəriyyəti 9-da, ya da doqquzun
yarısında. Biz bu qərarı qəbul etməmişdən qabaq, mən sizə konkret
sxemlərdə təqdim edə bilərəm ki, hansı ölkələrdə necəsir. İstənilən
adama təqdim edə bilərəm. Avropa ölkələrinin hamısında, yalnız
Avropa ölkələri yox, bütün dünyada...və bu başlayır birinci
Amerikada. Biz ona görə də yazmışıq. Biz özəl sektora göstəriş verə
bilmərik. Biz aidiyyati qurumlarımızdan xahiş edirik, tövsiyyə
edirik ki, özəl sektorla danışıqlar aparsın ki, onlar işə
başlamalıdırlar saat 8-in yarısından səkkizəcən. Dövlət sektoru-
9-un yarısından 10-un yarısına qədər. Bank sistemi...sığorta, o
biri, bu biri- 10-dan başlamalıdır işə. Hətta bu iş adamları üçün
istər bankla əlaqədar, sığorta ilə əlaqədar adamlar üçün ki, işdən
qurtardı saat 6-da gedib bankda öz işini görə bilər, o şirkətdə öz
işini görə bilər. Yəni bu insanlara vaxt da qazandırır?
elədirmi?
- Bəli-bəli.
- Və yaxud da götürək başqa bir misalı. Bizim universitetlərimizin,
xəstəxanalarımızın böyük bir sahəsi var. Adlarını çəkmirəm, göz
qabağındadır. Hamımız bu şəhərin sakinləriyik və bilirik. Amma heç
kim, heç bir avtomobili içəriyə buraxmırıq. Niyə..? Niyə?
Bütün yollar bağlanılır. Yollarda müəllimlərin, tələbələrin
avtomobilləri bütün yol ətrafı (düzülür). İstənilən universiteti
götürmüş olsaz həmin bu vəziyyətdir elədirmi?
- Elədir.
- Biz deyirik ki, yaxşı həyətin varsa, zəhmət olmasa aidiyyati üzrə
nazirlik, aidiyyəti üzrə təşkilat...bu avtomobillər içəridə
dayanmalıdır. Və yaxud da ki, get “stoyanka”da dur.
Götürək bir başqa misal. Əvvəlcə deyirdilər ki, şəhərin mərkəzində
parklanma yeri yoxdur. Götürək Azadlıq meydadında və ya Heydər
Əliyev adına sarayın ətrafında, o boyda parklar tikilib. Gedir
yolda saxlayır, amma...
- Ora getmir
- Hər bir avtomobil üçün bəyəm xüsusi bir post yaranmalıdır ki,
balam yolda dayanmaq olmaz? Birinci növbədə biz bu şəhərdə,
küçələrdə dayanan avtomobillərər qarşı xahiş edirik, tələb edəsiyik
ki, bunlara qarşı nəzarət ciddiləşsin, bunlar yolların hərəkətini
çətinləşdirməsinlər. Götürək bir başqa misal Sumqayıt...Mən bir
başqa misal çəkim sizə. Mən bu yaxınlarda iki günlüyə İsrailə
getmişdim işlə əlaqədar. Mən orada mənlə olan, orada İsraildə
tanınmış adamdan soruşuram ki, İsraildə bir ildə avtomobil
qəzasında nə qədər insan tələf olur? Deyir 190-220 arasında.
İsrailin 8 milyon 500 min əhalisi var. Bizdə bu günə 9 milyon 650
min. İndi heç kimə də sirr deyil bunun beş-altı yüz mini istər
tələbə kimi xaricdə oxuyur, istər bir iş adamı kimi ayrı-ayrı
respublikalarda çalışırlar, amma adı Azərbaycandadır,
gəlir-gedir.
- Bəli-bəli.
- Demək olar ki, əhalimizin sayı uyğundur.
- Bəli-bəli.
- Bizdə amma, bir ildə 6-7 dəfə İsraildən çox insan Rəhmətə gedir,
dünyasını dəyişdirir, 1200-1300 arasında. Bir üç-dörd dəfə də çox
insanlar şikəst olur. Mən o biri hələ cəhətlərini demirəm. İndi
baxın. Avtomobilin sayı da bizdən çoxdur (İsraildə) istər ölçü
üzrə, istər adam başına düşən. Necə edək ki, bu nədən əmələ gəlir?
Biz bundan heç vaxt danışmırıq ki, necə edək ki, bu bədbəxtçilikdir
ki, bir il ərzində baxın 1260-1300 insanı, özdə əksəriyyəti də
cavan-cavan uşaqlar itiririk. Bir 4 dəfə də, 3 dəfə yarımdan da
artıq insanları şikəst edirik. Biz bundan danışmırıq, bunun
səbəbini araşdırmırıq ki, nə üçün biz içmiş və yaxud da ki, belə
insan kimi maşın sürə bilmirik ki, bu insanlarımızı itiririk.
Bundan danışmırıq. Amma biz deyəndə ki, ehtiyyatlı ol, belə vaxtı
şəhərdə “probka” yaratmayaq, insanları incitməyək, minlərlə insan
stres keçirməsin, bir beş-on nəfər, ya əlli nəfər, ya yüz nəfər
gəlib bir iki saat dayansın orda...biz bunu həmən problemə
döndəririk. Mən sözün doğrusu necə deyim çətinlik çəkirəm belə
məsələlərdə. Amma ürək yanğısı ilə danışıram ki, mən çox istərdim
ki, çox arzulardım ki, biz hamımız eyni mənada bunu dərk edək.
Azərbaycanda olan qəzaların ən çoxu Bakı şəhərindədir. Nə üçün? Elə
bu səbəbdən. Hansı səbəbdən qəzalar baş verir, mən bunu açıqlayasa
deyiləm. Onu mütəxəssislər, tez-tez ayrı-ayrı televiziya
kanallarında dövlət yol polisinin işçiləri son zamanlar deyirlər.
Ona görə də istəyimiz nədir. Birinci növbədə ayrı-ayrı
məhdudiyyətlər qoyduqda. Bakıda yaşayan iki milyon yarımdan çox
əhali bunlar stress içərisində yaşamasınlar. İşə getmək
problem-işdən qayıtmaq problem. 20 dəqiqəlik yolu bir saata
gedirlər. İndi hesab elə bu insanlar nə yaşayırlar. Ona görə biz
istəyirik ki, camaat üçün, camaatımız üçün, insanlarımız üçün
normal şərait olsun. İstəyimiz budur, başqa bir şey deyil.
- Aydındır. Abid müəllim indi buradan çıxan iki sual var.
Mən bunları da mütləq verməliyəm. Əvvəla biz dedik ki, günün belə
deyək də, işıqlı saatlarında onlar şəhərə girməkdə məhdudiyyətlərlə
üzləşəcəklər, konkret adlarını çəkdiyimiz sahələrdə, hamıya şamil
olunmur bu, amma axşam oların şəhərə daxil olması sərbəst
olacaq.
- Özü girsin də, avtobusla minsin gəlrsin, taksiylə gəlsin.
- Yox-yox, onu bitirdik. Amma onun maşınının içəri girməsi,
şəhərə girməsi mümkün olacaq axşam.
- Axşam gəlsin, nə vaxt istəyir .
- İndi sizə elə gəlmirmi ki, gündüz bir problemi şəhərdən
qırağa çıxarırıq, axşam o problemi dəvət eliyirik
Bakıya.
- Niyə?
- Tıxaclar olacaq Bakıda axşamlar
- Yox-yox. Əvvəla siz gündüzlə gecə sızlığını, axşam sıxlığını müqayisə etmək qeyri mümkündür. Bu ayrı-ayrı şeydir. Yox.
- Bu, belə olmayacaq?
- Yox-yox, yox-yox.
- Yəni araşdırmalar zamanı bunu müəyyən
etmisiz?
- Hər yerdə, əksər ölkələr də olan şeydi. Yəni biz, necə deyərlər,
samovar deyirlər də icad etmək fikrində deyilik.
- İndi biz nəqliyyatdan danışırırqsa yəqin velosiped daha
yaxşı olardı da, velosiped icad etmək...
- Tamamilə doğrudur.
- Abid müəllim bilirsiz nə üçün soruşuram? Tutaq ki. bu
adam gündüz gəlməyib, axşam gəlib şəhərə, düzdür- fərq var, gündüz
və axşam şəhərə daxil olan avtomobillərin sayında da fərq var,
gəzintinin, maşınla gəzintinin də tezliyində fərq var. Amma
Nazirlər kabinetinin qərarının verilməsi zamanı araşdırmalar yəqin
aparılıb və biz müəyyənləşdirə bilmişik də, şəhərdə tıxac yaradan
nəqliyyat vasitələrinin hansı hissəsi rayondan
gələnlərdir?
- Yox onu siz düz sual verirsiz. Şəhərdə tıxac yaradan rayondan
gələn əyər say hesabı saysaq, hardasa 60-80 min arasıdır. Yəni bura
Sumqayıt da, Bakının ətraf qəsəbələrindən söhbət getmir. Bu
Azərbaycanın ayrı-ayrı rayonlarından gələn maşınlardır. 60-80
ayrı-ayrı vaxtlarda yəni qış-yay vaxtlarında bu dəyişilir. 60-80
bəzən 90 minə də çatır. Bu az rəqəm deyil.
- Böyük rəqəmdir, bəli.
- İndi götürək Sumqayıtı. Yəqin ki, bilməmiş deyilsiz. Sumqayıtdan
bura gəlir gündə 18-20 min maşın gəlir-gedir. Ona görə də cənab
prezident tərəfindən qərar qəbul olunub, göstəriş verilib daha
doğrusu, göstəriş verilib ki, Bakı-Sumqayıt arasında sürətli
elektrik qatarı sentyabrın 15-nə kimi işə düşməlidir. Bundan ötəri
qatarlar da alınıb, bura gəlməlidir. Böyük iş görülüb, çox ciddi
iş. Yəni Bakıdan Sumqayıta qədər dəmir yolu tam təmir olunur,
yenidən qurulur, elektrik işləri yenidən qurulur, avtovağzallar
yenidən qurulur. Bu sözsüz ki, elektrik qatarının işə düşməsi
işimizi asanlaşdırasıdır. Amma yalnız rayondan gələn avtomobillərlə
bitmir iş. Söhbət, biz yalnız, bizim komissiyanın qərarı ilə tanış
olan olmuş olsa, orada çoxlu-çoxlu ciddi məsələlər qoyulur. Mən
sadəcə bir-ikisini sizə söylədim.
- Yox, mən oxumuşam o sənədlə də tanışam.
- Söhbət eyni zamanda avtobuslardan gedir, söhbət eyni zamanda
taksilərdən gedir, söhbət eyni zamanda lisenziyasız taksilərdən
gedir, istər rayondan gələn, istər şəhərin özündəkilərdən, istər
nizam-intizamdan gedir, istər avtobusların özbaşnalıqları,
sürücülərinin dayanacaqlarda və yaxud da yollarda icazəli-icazəsiz,
mən bir-ikisini söylədim də sizə...universitetlər, məktəblər,
xəstəxanalar...bu cürə də dövlət idarələrindən də danışmaq olar, bu
cürə də ayrı-ayrı özəl şirkətlərin hamısının qabağı bağlı, yollar
daralı, bunun da nəticəsində problemlər yaranır. Mən yalnız, indi
hamını maraqlandırır ki, bu məhdudiyyət nə üçündür, amma şəhər
içərisində soruşan olmur. Biz bütün bu məsələləri öyrənib,
araşdırıb, ətraflı, istər dövlət yol polisi işçiləri tərəfindən,
istər Daxili işlər naziri, Nəqliyyat naziri, şəhər İcra
hakimiyyəti, ayrı-ayrı ölkələrin təcrübəsin öyrənib biz bu nəticəyə
gəlmişik.
- Və nəhayət sonuncu sual. Bu yəqin ki, bizim hər
birimizi həmişə narahat edən məsələdir. İnsan faktoru nəzərə
alınıbmı burada? Yəni bu qərarı icra edənlər xırda məmurlar da var
iri çəkili məmurlar da olacaq...necə nəzarət edə biləcəyik ki,
bizim qoyduğumuz, hökümətin qoyduğu bu qanun, bu qayda yerlərdə
qüsursuz icra olunacaq? Kimsə (pul) alıb buraxmayacaq şəhərə. Necə
nəzarət olunacaq?
- Bilirsiz yerlərdə əvvəla Daxili İşlər nazirliyi tərəfindən,
yalnız Bakının, şəhərin girəcəyindən söhbət ola bilməz. Ayrı-ayrı
rayonlarda, İcra Hakimiyyətlərinə tapşırılıb, ayrı-ayrı rayonlarda,
şəhərin girəcəyində-çıxacağında, necə indi mövcud postlarda,
danışıqlar aparılır vətəndaşlarımızla. Xahiş olunur ki, bu boyda
yolu gəlib burada daynma, axşam tərəfi gəl. İndi hesab ediz 400
kilometr yol gəlir...400 kilometr çıxmasın saat 12-də, çıxsın saat
2-də 3-də fərqi varmı?
- Bəli, bəli.
- Sözsüz ki, əyər kimsə düşünürsə. kimsə yolda dayanasıdı, ver-keç
məsələsi...bu artıq səhv düşüncədir. Bütün ölkə masştabında bu
danışıqlar. bu işlər aparılasıdır və artıq bu işdə gedir. Siz bəyəm
hiss etmirsiz ki, şəhərdə?
- Yox ümumiyyətlə hiss olunur
- Düzdü indi tələbələr yoxdu. İndi hesab ediz ki,artıq ali təhsil
ocaqlarında 60 min uşaq, tələbələrimiz, balalarımız oxuyasıdır,
gələsidirlər 15-sentyabrdan. 60 min...hələ mən məktəbləri demirəm,
elədirmi?
- Bəli, bəli.
- Bunların bilmirəm nə qədəri rayondandır, nə qədəri şəhərdəndir,
biz o uçotu aparmamışıq, bilmirik, təəssüflə qeyd edirəm. Ancaq
buna baxmayaraq, elə Avropa oyunlarından qabaq şəhərdə nəfəs almaq
olmurdu elədirmi?
- Elədir.
- İndi bu müddətdə həmən şəhərdə problem varmı bu gün?
- Yox çox rahatdır, bəli-bəli çox rahatdır.
- Biz bir problem yaratmamışıq ki?
- Yox.
- Sadəcə, ciddiləşib məsələ ki, insanlarımızla, vətəndaşlarımızla
bütün bölgələrdə iş aparılır. Çünki bu camaataı, indi hesab ediz
ki, mən 20 mindən 30 mindən danışmayım, 5 min...lap 5 min gəlib. 5
min saxlamaq olarmı? Bu ağla batan şey deyil. Kimsə o cür düşünürsə
səhv düşünür.
- Yox indi bütün hallarda bu suallar cəmiyyətdə varsa biz
onları verməliyik və təşəkkür edirəm ki, siz də cavab
verdiz.
- Sağ olun.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR