Qırmızı.az
Nazirlikdən hərbçilərin həbsi ilə bağlı AÇIQLAMA
Baş Hərbi İnspeksiyanın əməkdaşları haqqında məlumatı Baş Prokurorluğa Müdafiə Nazirliyi verib.
Bu barədə Axar.az-ın sorğusuna Müdafiə Nazirliyinin mətbuat xidməti cavabında bildirib. Qeyd olunub ki, hazırda həmin şəxslərə qarşı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb:
“Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılmış və toplanmış materiallar qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılmış və hazırda istintaq aparılır. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi, tutduğu vəzifədən, keçmiş xidmətlərindən asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır”.
Qeyd edək ki, bu gün Haqqın.az saytı Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiya idarəsinin bir neçə yüksək vəzifəli şəxsinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edildiyi haqqında məlumat yaymışdı. Məlumatda saxlanılan şəxslər haqqında cinayət işi başlanıldığı bildirmişdi.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı