Bu ali məktəblər də SABAH-a qoşuldu
Bizi izləyin

Qırmızı.az

Bu ali məktəblər də SABAH-a qoşuldu

SABAH qrupları üzrə baza ali təhsil müəssisələri və ixtisasların əhatə dairəsi genişlənir.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, növbəti tədris ilindən 7 baza ali təhsil müəssisəsinin sırasına daha 4-ü – Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti də daxil olacaq. Bu, SABAH qrupları üzrə ixtisasların sayının artması ilə bağlıdır. Ötən tədris ilində SABAH qruplarına qəbul 5 ixtisas qrupu üzrə aparılırdısa, indi onların sayı 6-ya çatdırılıb.

Yeni tədris ilində SABAH qruplarında ümumilikdə 1636 tələbə təhsil alacaq. Bunlardan 755 nəfəri ötən tədris ilində, qalan 881 nəfəri yeni qəbul olunanlardır.

Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilindən fəaliyyətə başlayıb. İlkin mərhələdə 7 ali təhsil müəssisəsində yaradılan SABAH qruplarında 39 ixtisas üzrə kadr hazırlığı aparıldığı halda, cari ildə ixtisasların ümumi sayı 45 olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm