• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

I Milli Vikipediya Forumu keçirilib

I Milli Vikipediya Forumu keçirilib

Vikipediya Azərbaycan qrupu tərəfindən 10 Mart tarixində Bakıda I Milli Vikipediya Forumu keçirilib.

Publika.Az-ın verdiyi məlumata görə, 120 nəfər iştirakçının qatıldığı Forumun ilk paneli “Azərbaycandilli Vikipediyanın inkişaf dinamikası” mövzusu ilə “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevin moderatorluğu ilə başladı.

Ölkənin ən tanınmış Vikipediya mütəxəssisləri, QHT nümayəndələri, gənc alimlər və bu sahəyə marağı olan gənclərin iştirak etdiyi Forumun məqsədi Azərbaycan Vikipediyasının mövcud durumu ətrafında fikir mübadiləsinin aparılması, problemlərin və onların həlli yollarının müzakirəsi və gələcək fəaliyyət üçün baxışın və təkliflər paketinin formalaşdırılmasından ibarət idi.

İlk panelin spikeri Millət vəkili, Vikipediaya idarəçisi Aydın Mirzəzadə Azərbaycanda Vikipediyanın inkişaf tarixi, istifadəçi və məqalələrin sayı haqda geniş məlumat verib. Daha sonra Vikipediyanın inkişafı və kütləviləşdirilməsi ilə bağlı təkliflərini səsləndirən qonaq, Azərbaycanın xarici dillərdə fəaliyyət göstərən onlayn ensiklopediyalarda fəallığının artırılmasının vacibliyini vurğulayıb.

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı Vikipedianın dünyanın fantastik layihələrindən biri olduğunu, onun yol göstərdiyini, müraciət olunan ilk məlumat mənbəsi olduğunu xatırlqadıb. Elmi tədqiqatların aparılmasında Vikipediyanın rolundan danışan ekspert, Vikipediayanın təhsil sisteminə inteqrasiyasının önəmini qeyd edib.

Daha sonra çıxış edən Vikipediya idarəçisi İradə Ələkbərova “Vikipediya ensiklopediyası” haqda təqdimatla çıxış edib. Vikipediyanın tarixi, inkişafı, gündəlik həyatımızdakı rolu haqda geniş məlumat verib. Bu qədər iri həcmli kontentdən istifadə etməklə əldə olunan biliklərə diqqət çəkib. Reallıqda azərbaycan dilində yazılan məqalələrin sayı erməni dilində olan məqalələrdən geri qaldığını təəssüflə qeyd edib.

Panelin sonuncu spikeri sosial media eksperti Rasim Mahmudov Azərbaycan cəmiyyətinin potensialı hazırki nəticədən daha yüksəyini əldə etməyə imkan verdiyini, Vikipediya yazarlarının daha təşkilatlanmış formada fəaliyyətə ehtiyacı olduğunu vurğulayıb.

Qonaqların çıxışından sonra panel müzakirələrlə davam etdi. Forum işirakçılarının çoxsaylı suallarını cavablandıran ekspertlər, eyni zamanda iştirakçılar tərəfindən səsləndirilən təkliflərə münasibət bildiriblər.

Forumun ikinci paneli “Azərbaycandilli Vikipediyada mövcud problemlər və onların həlli yolları” mövzusu müzakirə edilib. Panelə moderatorluğu Vikipedia idarəçisi İradə Ələkbərovahəyata keçirib.

Vikimediya Azərbaycan təmsilşisi Orxan Quliyev çıxışında Vikimedianın inkişafı üçün təşkilatlanmanın vacib olduğunu vurğuladı və bu sahədə könüllülərə böyük ehtiyacın olduğunu diqqətə çatdırıb. “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı Könüllülərin bu işə cəlb olunmasını, xüsusilə universitetlərin bu işdə təşəbbüs göstərməli olduğunu bildirdi, Azərbaycan həqiqətlərinin yayılmasında gənclər potensialından tam şəkildə istifadənin vacibliyini vurğulayıb. Panelin son spikeri Vikipediaya idarəçisi Elgün Ataliyev özünün bu şəbəkə vasitəsilə əldə etdiklərini, onun xeyirlərindən söhbət açıb. İstifadəçisi olduğu müddətdə qarşılaşdığı problemləri və bu gün Azərbaycanda inkişafı üçün görüləcək işlərdən danışıb.

Sonda panel Forum iştirakçıları tərəfindən səsləndirilən təkliflər və qabardılan məsələlərin müzakirəsi ilə davam edib.

Forumun sonunda bütün çıxışlar və müzakirələrin yekunu olaraq toplanmış 100-dən artıq təklif səsləndirilib. Forum təşkilatçıları yaradılacaq işçi qrupu tərəfindən təkliflərin işlənilməsi və gələcək fəaliyyət üçün planın hazırlanması qərarını qəbul etdilər. Sonda xatirə fotusu çəkdirildi və I Milli Vikipediya Forumu bağlı elan edilib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR