Qırmızı.az
Təcili Yardımdan istilərlə bağlı XƏBƏRDARLIQ
Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyası avqust ayında gözlənilən kəskin istilərlə bağlı əhaliyə xəbərdarlıq edib.
Stansiyadan Publika.az-a verilən məlumata görə, hava şəraiti ilə əlaqədar insanlara ehtiyatlı olmaq, günün isti saatlarında açıq havada gəzməmək, günəşdən qorunmaq məsləhət görülür:
“Saat 12-17 arası əhaliyə evdən bayıra çıxmamaq tövsiyə olunur. Həssas insanlar, xroniki xəstəliyi olanlar, yüksək qan təzyiqindən əziyyət çəkənlər, yaşlı insanlar, körpə uşaqlar həmin müddətdə açıq havada olmamalıdırlar. Əgər bayıra çıxmaq məcburiyyətindədirlərsə, onda qoruyucu eynəkdən, çətirdən, gündən qoruyan papaqdan istifadə etsinlər. Ümumiyyətlə, isti günlərdə insanlara çoxlu soyuq maye qəbul etmək tövsiyə olunur”.
Belə isti hava şəraitində insanların fiziki işdən uzaq olması, yanlarında həmişə ehtiyat su saxlaması lazımdır.
Stansiyadan onu da bildirdilər ki, ötən həftə ərzində 15 nəfər günvurma ilə Tibbi Yardım Stansiyasına müraciət edib. Onlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib və 10 nəfərinə isə yerində yardım göstərilib.
Gülnar Əliyeva
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?