Abşeronda top mərmisi tapılıb
Bizi izləyin

Qırmızı.az

Abşeronda top mərmisi tapılıb

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyət

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qeyd olunan ərazidə qazıntı işləri aparılarkən partlamamış döyüş sursatı aşkar olunub. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın 1 ədəd istifadə üçün yararsız 200 mm-lik top mərmisi olduğu müəyyən olunub.

Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Nəticədə həmin ərazidə digər döyüş sursatları aşkar edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm