34 min abituriyent ixtisas seçimi etdi
Bizi izləyin

Qırmızı.az

34 min abituriyent ixtisas seçimi etdi

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Publika.az-a verilən xəbərə görə, bu gün saat 11.05-ə olan məlumata görə, 34 536 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib.

Qeyd edək ki, ixtisas seçimi 11 avqust saat 00.00-dək davam edəcək.

İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə, onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm