“Əngəllər tanımayan ürəklər”
Bizi izləyin

Qırmızı.az

“Əngəllər tanımayan ürəklər”

Azərbaycan Dövlət Pedoqoji Universitetinin akt zalında “Əngəllər tanımayan ürəklər” layihəsi çərçivəsində Parolimpiya çempionu İlham Zəkiyev ilə görüş keçirilib.

Publika.Az-ın məlumatına görə, layihə Prezident yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi fiziki qüsurlu gənclərin fəal həyat tərzi sürməsini stimullaşdırmaq, onların ictimai-fəal gənc olmalarına yardım etməkdir.

Mərasimi layihə rəhbəri Orxan Əzizov açıb və layihə barəsində iştirakçılara məlumat verib. İştirakçılara əngəlli, lakin uğurlu şəxslər barəsində hazırlanmış video çarx nümayiş etdirilib.

Daha sonra söz parolimpiya çempionu İlham Zəkiyevə söz verilib. İlham zəkiyev öz həyatı və uğurları haqqında söz açdı və gənclərin suallarını cavablandırıb.

Bu məqsədlə onlar tarixdə uğur qazanmış fiziki qüsurlu şəxsiyyətlər barəsində məlumatlandırılması üçün gənclərə həmin şəxsiyyətlər haqqında hazırlanmış kitabçalar paylanılıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm