Daha bir ŞAD XƏBƏR: Hava Limanından şəhərin mərkəzinə avtobuslar gələcək
Bizi izləyin

Qırmızı.az

Daha bir ŞAD XƏBƏR: Hava Limanından şəhərin mərkəzinə avtobuslar gələcək

Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhərin mərkəzi istiqamətində “Bakubus” MMC-yə məxsus avtobuslar ekspress xətt üzrə fəaliyyətə başlayıb.

“Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətindən bildirilib ki, ekspress avtobuslar səhər saat 6-dan gecə saat 12-dək Hava limanı – “28 May” metro stansiyası və əks istiqamətdə “Koroğlu” metro stansiyası yaxınlığındakı dayanacaqda 1 dəqiqə dayanma fasiləsi ilə 30 dəqiqə intervalla xidmət göstərir. “Bakubus”un ekspress avtobuslarından istifadə etmək üçün sərnişinlər hava limanının 1-ci və 2-ci terminallarının çıxışındakı dayanacaqlara yaxınlaşa bilərlər.

(AZƏRTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm