Nazirlik işçi axtarır
Bizi izləyin

Qırmızı.az

Nazirlik işçi axtarır

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən növbəti müsabiqəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üzrə 100-dən çox vakant yer çıxarılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a daxil olan xəbərə görə, ƏƏSMN sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə müsabiqə və müsahibə əsasında kadrların qəbulu və yerləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) ilə əməkdaşlıq şəraitində və “Dövlət qulluğu haqqında” Qanuna uyğun şəkildə həyata keçirilir.

Bu istiqamətdə işlərin davamı olaraq, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün DQMK tərəfindən 14 avqust 2015-ci il tarixdə elan edilən növbəti müsabiqədə ƏƏSMN sistemi üzrə 94 inzibati vəzifə üzrə 102 vakant yer təqdim olunur. Həmin vakant yerlər nazirliyin Aparatını, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi, Məşğulluq, Sosial Təminat, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətlərini əhatə edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm