Qırmızı.az
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə tətbiq ediləcək yeniliklər
Təhsil Nazirliyi Azərbaycanda bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə tətbiq ediləcək yeniliyi açıqlayıb.
Nazirliyin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib ki, bu il müəllimlərin qəbulu üzrə tətbiq olunacaq yeniliyə əsasən, iyun ayında müsabiqəyə başlamadan öncə yalnız yerdəyişmə üçün vakansiyalar elan ediləcək.
Onun sözlərinə görə, yerini dəyişmək istəyən bütün müəllimlərə şərait yaradılacaq, onlar elektron seçim edərək Təhsil Nazirliyinə göndərəcək.
F.Qədirov qeyd edib ki, nazirlik tərəfindən yerləşdirmə aparılacaq və həmin müəllimlər iş yerlərini dəyişəcəklər: “Yerdəyişmə edəcək müəllimlər yenidən imtahan verməyəcək. Onlar artıq orta məktəblərdə müəllimdir və bir daha imtahan vermələrinə ehtiyac yoxdur. Onlar elektron müraciət əsasında yerlərini dəyişəcəklər.
Ola bilər ki, bir yerə yerini dəyişmək üçün bir neçə müəllim müraciət etsin. Bu zaman konkret meyarlar üzrə qiymətləndirmə aparılacaq və onun nəticəsinə əsasən müəllimin yerdəyişməsi həyata keçiriləcək. Bu meyarlar onların elektron ərizələrində göstəriləcək, onlara təhsil səviyyəsi, sertifikatları, yaşayış yerinə daha yaxınlığı və digərləri daxildir”.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı