Rusiya hərbi gəmiləri Bakını tərk etdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Rusiya hərbi gəmiləri Bakını tərk etdi - FOTO

Avqustun 13-dən başlanan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmilərinin Bakıya rəsmi səfəri başa çatıb.

Bu barədə Publika.az-a Mudafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçiriblər. Bundan başqa, qonaqlar Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə də tanış olublar.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlığı məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşü də baş tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm