Nazirlik 45 nəfəri istirahətə göndərdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik 45 nəfəri istirahətə göndərdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 45 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, bu ilin yaz-yay mövsümündə artıq 919 nəfər əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində istirahəti təşkil edilib. Həmçinin onlar üçün görməli yerlərə, tarixi abidələrin olduğu məkanlara gəzinti turları, musiqili-əyləncəli tədbirlər və s. təşkil olunur.

Nazirliyin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin yaz və yay aylarında 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub.


Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm