
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə iyul ayında 143 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
Publika.az-ın "www.cert.gov.az" saytına istinadən verdiyi məlumata
görə, qeyd edilən insidentlərin 135-nin qarşısı alınıb. Bu ilin
iyun ayı ilə müqayisədə insidentlərin sayı 16,8 faiz artıb. Bu ilin
əvvəlindən ölkədə 1018 sanksiyalaşdırılmamış insident qeydə
alınıb.
Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına iyun ayında
mayda olduğu kimi 31 audit raportu göndərilib. Ötən ay ərzində
“cert.gov.az” tərəfindən 4 yeni domen və 1 subdomen qeydə
alınıb.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 1582
sanksiyalaşdırılmamış insident qeydə alınıb, onlardan 1558-nin
qarşısı alınıb.