Nazirlik qiymət artımına görə araşdırmaya başladı
Bizi izləyin

Qırmızı.az

Nazirlik qiymət artımına görə araşdırmaya başladı

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti son günlər istehlak bazarında baş verən qiymət artımına görə araşdırmaya başlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərini davam etdirir.

“Eyni zamanda, son günlər bir sıra istehlak mallarının qiymətinin artması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar üzrə də Dövlət Xidməti tərəfindən istehlak bazarında araşdırmalara başlanılıb. Nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri barəsində qanunamüvafiq tədbirlər görüləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm