Bakıda “yaşıl dalğa”: İşıqforların vaxt planları dəyişdirilir
Bizi izləyin

Qırmızı.az

Bakıda “yaşıl dalğa”: İşıqforların vaxt planları dəyişdirilir

Bakının bəzi küçə və prospektlərində işıqforların vaxt planları dəyişdirilir.

Bunu Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib. Paytaxtda yeni dərs ilinin başlanması ilə əlaqədar sıxlığı nəzərə alaraq “yaşıl dalğa” tətbiq olunduğunu deyən qurum rəsmisinin sözlərinə görə, sıxlığın ola biləcəyi küçələrdə, ali və orta məktəblərin, texnikumların qarşısında və avtomobillərin çox olduğu küçələrdə işıqforların vaxt planları pik saatlarına uyğun qurulur.

“Yaşıl dalğa” o demək deyil ki, həmin küçələrdə 24 saat yaşıl işıq yanacaq. Əgər sürücü orta sürətlə, məsələn 45 km/saat sürətlə avtomobili idarə edərsə, o, 5-6 işıqforda yaşıl işıqda keçə biləcək. Biz avtomobillərin hərəkət intensivliyinə dair statistik məlumatları əldə etdikdən sonra əsas yollarda bu cür “yaşıl dalğa”ların sayını artırırıq”, - deyə Ş. Mehmanqızı bildirib.

Hazırda Bakı-Sumqayıt yolu, Azadlıq prospekti, Rəşid Behbudov küçəsi və Akademik Həsən Əliyev küçəsində nəqliyyatın sıx olduğunu deyən Ş. Mehmanqızının sözlərinə görə artıq bu ərazilərdə “yaşıl dalğa” tətbiq olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm