Gecə saatlarında Nəsimi rayonunda bomba həyacanı yaşanıb
Bizi izləyin

Qırmızı.az

Gecə saatlarında Nəsimi rayonunda bomba həyacanı yaşanıb

Bakının Nəsimi rayonunda parkın ərazisində məişət tullantıları olan yeşikdə partlayıcı qurğu olması barədə FHN-ə məlumat daxil olub.

Bakının Nəsimi rayonunda parkın ərazisində məişət tullantıları olan yeşikdə partlayıcı qurğu olması barədə FHN-ə məlumat daxil olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal Nazirliyin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyatı qurumlar məlumatlandırılmışdır. Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə park ərazisində və onun ətrafında olan insanların təhlükəsizliyini təmin etmiş, axtarış işləri aparmışlar.

Axtarış nəticəsində parkın ərazisində heç bir şübhəli əşya aşkar edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm