Şəkidə iki yanğın olub
Bizi izləyin

Qırmızı.az

Şəkidə iki yanğın olub

Ötən gün Şəkidə gün ərzində iki yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata əsasən, yanğın hadisələrindən ilki rayonun Qoxmuq kəndi ərazisində, Daşdəmirov Mikayıl Ramazan oğluna məxsus ümumi sahəsi 48 kvadratmetr olan birmərtəbəli 1-otaqlı evdə baş verib. Yanğın nəticəsində evin çardağının 24 kv/m sahəsində yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Evin digər hissəsi isı yanğından mühafizə oluna bilib.



Digər yanğın hadisəsi rayonun Qayabaşı kəndində Məmmədov İsmayıl Rafiq oğlunun yaşadığı evin həyətyanı sahəsində, ümumi sahəsi 90 kv/m olan tövlədə baş verib. Yanğın nəticəsində tövlənin dam örtüyünün yanar konstruksiyaları və dama yığılmış 3 ton ot bağlaması yanıb.



Hər iki yanğın zamanı yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər iki yanğın baş verən əraziyə FHN-in Şəki Rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Hər iki faktla bağlı FHN-in Şəki Rayon DYMX-də araşdırma aparılır. Hadisələrin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm