• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakının iki məktəbi gimnaziyaya birləşdirildi

Bakının iki məktəbi gimnaziyaya birləşdirildi

Bakıda iki məktəb gimnaziyaya birləşdirilib. Belə ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 2 məktəb - 133 və 150 nömrəli tam orta məktəblər Təhsil Nazirliyinin birbaşa tabeliyində olan İ.Əfəndiyev adına Elitar Gimnaziyaya və T.İsmayılov adına 6 nömrəli məktəb-liseyinə birləşdirilib.

Bu barədə Publika.az-a BŞTİ-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, 2011-ci ildə əsaslı təmir olunmuş 133 nömrəli tam orta məktəb 400 şagird yerlikdir. Burada 336 şagird təhsil alır, 39 müəllim işləyir. Həmin ildə əsaslı təmir olunmuş 150 nömrəli tam orta məktəb isə 800 şagird yerlikdir. Burada şagirdlərin sayı 507, müəllimlərin sayı 92 nəfər təşkil edir.

“Sözügedən məktəblərin yaxın ərazidə yerləşən, təlim-tərbiyə sahəsində yüksək nəticələrə malik ümumtəhsil müəssisələrinə birləşdirilməsi təhsildə keyfiyyət amilinin və idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edəcək”- deyə idarənin məlumatında qeyd olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR