ABŞ QHT-ləri Azərbaycan və I Avropa Oyunları haqda layihə işləyə bilər - Müsabiqə
Bizi izləyin

Qırmızı.az

ABŞ QHT-ləri Azərbaycan və I Avropa Oyunları haqda layihə işləyə bilər - Müsabiqə

ABŞ QHT-ləri Azərbaycan və I Avropa Oyunları haqda layihə işləyə bilər - Müsabiqə

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 15 ölkənin QHT-ləri üçün yeni qrant müsabiqəsi elan edir.Trend-in məlumatına görə, QHT-lər 5 mövzu üzrə tam layihə təkliflərini təqdim edə bilərlər.

Mövzulara Azərbaycanda multikulturalizm ənənələri və dünyəvilik, Azərbaycanda səmərəli idarəetmə və elektron hökumətin tətbiqi təcrübəsi, Azərbaycan və I Avropa Oyunları (Bakı - 2015), Azərbaycanla bağlı tədqiqat işi müsabiqəsinin təşkili və Azərbaycan haqqında informasiya portalının yaradılması daxildir.

Müsabiqə ABŞ, Böyük Britaniya, Belçika, Avstriya, Fransa, Almaniya, Polşa, İsveçrə, Niderland, Kanada, Yaponiya, Estoniya, İtaliya, İspaniya və Norveçdən olan QHT-lər üçün elan edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm