Masallıda kitab ehsanı veriləcək
Bizi izləyin

Qırmızı.az

Masallıda kitab ehsanı veriləcək

Masallı rayonunda “Cənub-kitab evi” fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, sentyabrın 7-də “Cənub-kitab evi”nin açılışı olub. Tədbiri “Cənub xərələri” qəzetinin baş redaktoru Zahir Əmənov açıb. O bildirib ki, kitab evinin açılış günündə üç minə yaxın kitab satışa çıxarılıb. “Cənub-kitab evi” cənub bölgəsində ilk belə layihədi.

Tədbirdə Azərbaycanın tanınmış ziyalıları - Elçin Şıxlı, Arif Əliyev, Qulu Məhərrəmli, Rafiq İsmayılov da iştirak ediblər.

“Cənub-kitab evi” bir sıra maraqlı layihələr keçirməyi planlaşdırır. Rayonun bir neçə xeyriyyəçisi Qurban bayramı günlərində kitab ehsanı verəcək. Qəbul imtahanlarında yüksək bal toplayan məzunlara, müəllimlərə, kitabı sevən, amma almaq imkanı olmayanlara pulsuz kitab paylanılacaq.

Bir müddətdən sonra isə kitab evinin fəaliyyətini işıqlandıracaq “Cenubkitab.com” saytı da hazırlanacaq. Sayt yaxın günlərdə fəaliyyətə başlayacaq. Oxucular kitab evində olan kitablar və burada keçirilən tədbirlər barədə sayt vasitəsilə operativ məlumat əldə edə biləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm