Bu avtobuslar yeni qrafiklə işləyir - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu avtobuslar yeni qrafiklə işləyir - SİYAHI

Bakıda qrafiki dəyişdirilən marşrutlar işə başlayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, sentyabrın 6-dan 184 nömrəli marşrutun qrafikində dəyişiklik olunub.

Suraxanı qəsəbəsindən “Nərimanov” metrostansiyasına qədər hərəkət edən avtobus bundan sonra Suraxanı qəsəbəsi, Dərnəgül stansiyası, Atəşgah dairəsi, Sabunçu dairəsi, "Koroğlu" metrosu, 9-cu köndələn, X.Rza küçəsi Z.Bünyadov prospekti ilə hərkət edəcək.

Məlumata görə, 184 saylı marşrutdan əlavə 11, 136 və 38 saylı marşrutlar da yeni qrafiklə fəaliyyətə başlayıblar.

Qeyd edək ki, 11 nömrəli marşrutun yeni xətti “H.Aslanov” metro st.dan Q.Qarayev prospekti ilə “Koroğlu” metro st. – Ziya Bünyadov pr. – Ə.Rəcəbli küç. – Akademik H.Əliyev küç. – “Gənclik” metro st. – Ağaoğlu küç. – Xətai pr. (son) olmaqla əvəz olunub.

38 nömrəli marşrutun yeni xətti Keşlə qəs. – H.Əliyev prospekti – “Şəfa” stadionu – M.Nərimanov küç. (tunel) – “Ulduz” metro st. – Heydər Əliyev prospekti – A.Nemətulla küç. və sonra mövcud xətti ilə əvəz olunub.

136 nömrəli marşrutun yeni xətti “Qara Qarayev” metro st. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – Mərdəkan qəs. – Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz olunub.

Qeyd edək ki, daha əvvəl qrafikində dəyişiklik olunan 124, 120, 92, 70, 62 saylı avtobus xətləri fəaliyyətə başlayıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm