Trend Türkiyə xəbərlər bazarına çıxır
Bizi izləyin

Qırmızı.az

Trend Türkiyə xəbərlər bazarına çıxır

Trend İnformasiya Agentliyi xarici bazarlara çıxma strategiyasının reallaşdırılması çərçivəsində türk dilində tr.trend.az. xəbərlər saytını təqdim edir.

Türkiyənin rəsmi şəxsləri, qabaqcıl ekspertləri və iri biznes strukturları rəhbərlərinin regional xarakterli materiallarının xeyli artması, eləcə də Trend-in xaricdə nümayəndəliklər şəbəkəsini və bununla əlaqədar qabaqcıl beynəlxalq ekspertlərdən, ABŞ və Avropada yerləşən araşdırma institutları və təşkilatlarından Türkiyə ilə bağlı eksklüziv xəbərlər əldə etmək imkanı əsas götürülərək, türk dilində xəbər istehsalına başlamaq barədə qərar qəbul edilib.

Trend-in regionda hadisələri operativ işıqlandırma üzrə birinci yerə çıxdığı sosial şəbəkələrdə agentliyin Türkiyə üzrə xəbərlərinə böyük maraq nəzərə alınıb.

Agentliyin türk dilində olan xəbərləri ilə "Twitter" (@trend_tr) və "Facebook" (www.facebook.com/tr.trend.az) sosial şəbəkələrində də tanış olmaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm