Bu yol təmirə bağlandı
Bizi izləyin

Qırmızı.az

Bu yol təmirə bağlandı

Biləcəri qəsəbəsi Malik Aslanov küçəsi təmir olunur. Sözügedən küçənin bu hissəsində bundan öncə asfalt-beton örtüyünün olmaması burda yaşayan vətəndaşların xüsusən də qış aylarında gediş-gəlişində müəyyən problemlər yaradırdı.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təmir olunan küçənin uzunluğu 550 metr, eni isə 6 metrdir. Burda yeni-asfalt beton örtüyü döşənməmişdən öncə Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC tərəfindən yol yatağı kipləşdirilib, yolun hərəkət hissəsi isə hamarlaşdırılıb. Ümumilikdə asfalt-beton örtüyü küçənin 3300 kvadratmetr sahəsinə döşənir.

Təmir işlərinin sabaha yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm