Qırmızı.az
Zakir Həsənov təlimlərin məqsədini açıqladı - VİDEO MÜSAHİBƏ
Sentyabrın 6-dan 13-dək davam edən Komanda Qərargah
Hərbi Oyunlarında şəxsən iştirak edən Müdafiə naziri
general-polkovnik Zakir Həsənov Mirşahin Ağayeva eksklüziv müsahibə
verib.
-Bu təlimlərin məqsədi nədir və miqyası necədir? Cənab
nazir bu məqsəd Ali Baş komandan tərəfindən necə
müəyyənləşdirilib?
-Ali Baş komandanın tapşırığı ilə Silahlı Qüvvələrin mühairəbə
hazırlığı yoxlanılır. Onun əmri ilə qəflətən Silahlı Qüvvələrin
bütün növləri –Hava Qüvvələri, Hava hücumundan Müdafiə Qüvvələri,
Hərbi Donanma, Artileriya və raket qoşunları, quru qoşunlar həyacan
siqnalı ilə müəyyən rayonlara çıxarılır. Bu təlimlərin əsas məqsədi
Silahlı Qüvvələrin təlim hazırlığının yoxlanılmasıdır. İlk növbədə
biz idarəçiliyi yoxlayacağıq. Əmrlə bütün idarə məntəqələri əsas,
ehtiyyat, qoşun növlərinin idarə məntəqələri lazımı sahələrə
çıxarılıb və hazır vəziyyətə gətirilib. Hazırda onların təchizatı
və vəzifələri yerinə yetirmə səviyyəsi yoxlanılır.
Bildiyiniz kimi qoşunların idarəolunması əsas vəzifələrdən biridir.
İlk növbədə bu dayanıqlı, operativ və qarşılıqlı şəkildə qoşunları
idarəetmə bacarığına malik olumalıdır. Son bir neçə ildə Silahlı
Qüvvələrin təcrübəsi kəskin şəkildə artıb. Bu çox önəmlidir.
Silahlı Qüvvələrinin I hazırlıq mərhələsi artıq yekunlaşır. Tam
məsuliyyətlə deyirəm ki, I mərhələdə Silahlı Qüvvələr qarşıda duran
bütün vəzifələri yüksək səviyyədə yerinə yetiribdir. Bütün
normativlərə uyğun hərəkət ediblər.
Bu gün mən Raket və Artileriya qoşunlarının tutduğu mövqelərdə
oldum. Onların hazırlığını yoxladım və məruzələri dinlədim. Demək
olar ki, Silahlı Qüvvələrimiz günü-gündən öz döyüş hazırlığını
yüksək səviyyədə təşkil edir və qarşıda duran müqəddəs vəzifəsini
yerinə yetirməyə tam hazırdır.
Xüsusi qeyd etmək istəyirəm ki, son illər qoşunlarımızın
təchizatında böyük irəliləyiş olub. Belə ki, ən müasir silahlar
qəbul etmişik. Hərbi hissələrimizdə 300 km-lik marşlar həyata
keçiriblər. Marş zamanı heç bir zirehli maşın geriyə qalmadan əmri
layiqincə həyata keçirərək öz yerlərini tutublar. Bundan əlavə
hərəkat vaxtı bütün döyüş növlərinin vəzifələrini yerinə
yetiriblər.
-Silahlı Qüvvələrimizin təxminən neçə faizi hərbi təlimlərə
cəlb olunub?
-Biz elan etdik ki, təxminən 65 minə yaxın şəxs təlimlərdə iştirak
edir. Bu Silahlı Qüvvələrin tarixində ən iri miqyaslı bir
təlimdir.
-İndiyədək belə təlim olmayıb?
-Bu sayda geniş təlim indiyə qədər olmayıb. Ən əsası isə Silahlı
Qüvvələrin əksər hissəsi bu təlimlərdə iştirak edir. Təbbi ki, tam
şəkildə qoşunlara cəlb olunma edə bilmirik. Bilirsiz ki, təmas
xəttində vəziyyət necədir. Onlarında bir qismi təlimlərə cəlb
olunacaq. Bu təlimlərdə həmçinin helikopterlərdən və təyyarələrdən
də istifadə olunur.
Zakir Həsənov iri miqyaslı təlimlərdə
-Bildiyimə görə, Ermənistan tərəfi “provokasiya” edib. Bir
neçə təyyarə qaldırıb. Sonra nə baş verib ki onlar öz təyyarələrini
geri qaytarıblar?
-Biz təlimlər keçirdən vaxt onlar “provokasiya” ya əl atdılar. Belə
ki, öz təyyarələrini havaya qaldırdılar. Azərbaycan sərhəddinə
istiqamətləndirdilər. Ancaq biz dərhal onların hərəkətini qeydə
aldıq. Bizim Hava Qüvvələrimiz daima döyüş vəziyyətindədi. Dərhal
öz təyyarələrimizi havaya qaldırdıq, onlar isə öz sərhədlərindən 30
km sərhəddindən ayrılmamış geri çəkilməyə məcbur oldu. Mən göstəriş
verdim “əgər onlar 1 santimetr bizim sərhəddə keçsəydilər, məhv
olunacaqdılar”.
-Ermənistan prezidenti Sarksyan Kremildə şikayət edirdi ki,
Ermənistan- Azərbaycan sərhəddində vəziyyət son iki həftədə daha
gərgin olub. Hətta Azərbaycan tərəfi artıq artileriyadan istifadə
edir. Doğurdan biz artileriyadan istifadə edirik?
-Ermənistan işğalçıdır. Ermənistan bizim torpaqları işğal edib.
Bütün böyük problemlərin kökündə də elə bu məslsə dayanır.
Ermənistan nə deyir, desin beynəlxaql qrumlar hamısı da bilir ki,
Ermənistan işğalçıdır. Biz öz işğal olunmuş torpaqları azad
etməliyik. Biz “seporatizm”ə “terrorizm” kimi baxmışıq.
“Seporatizm” dövlət səviyyəsində olan “terrorizm”dir. Dünyada heç
kim terrorçularla söhbət aparmır. O ki qaldı cəbhə bölgəsindəki
vəziyyətə, bildiyiniz kimi biz Ermənistanı xəbərdarlıq etmişdik ki,
əgər təxribat törətsələr onlar layiqincə cavabını alacaqlar.
Onların hər bir atəşinə mənim göstərişim var: “On qat cavab
verilməlidir”. Əgər bizim mülki ailəyə atəş açsalar, göstərişimlə
onların mövqelərinə, həmdə onların yaşayış məskənlərinə layiqincə
cavab veriləcək. Çünki ayrı yolu yoxdu. Onlar bilərək, dəfələrlə
xəbərdarlığa baxmayaraq bizim mülki əhaliyə atəş açıblar.
Xatırlayırsınızsa onlar hətta bu yaxınlarda toy mərasimini atəşə
tutdular. Amma bu atəşdən öncə mən erməniləri xəbərdarlıq etmişdim.
Cavab on qat iriçaplı silahlardan verilməlidir.
-Deməli Azərbaycan artileriyadan istifadə edir və
Sarksyanın dedikləri doğrudur?
-Azərbaycan onların atəşinə bütün imkanları ilə cavab verir. Əgər
onlar çirkin niyyətlərindən əl çəkməsələr daha sarsıdıcı zərbə
onların mövqelərinə vurulacaq.
-Bizim bu hərbi təlimlərdə elə silah varmı ki, indiyədək
istifadə olunmayıb və Azərbaycan silahlarının “tacı”
dır?
-Var! Biz bu silahı o təlimlərə cəlb etmişik. Mən şəxsən o silahın
yerləşdiyi mövqedə olmuşam. Onun döyüşə hazırlıq vəziyyəti ilə
yaxından tanış oldum. Şəxsiyyət qısa bir müddətdə bu silahın
sirrlərini mənimsəyib və yaxşı nəticələr göstərdiyinin sübut
edib.
-Hərbi təlimlərin gedişində özünüz dediyiniz kimi müxtəlif
qoşun növləri iştirak edir. Bu qoşun növləri arasında rabitə,
uzlaşma hansı əsviyyədədir? Hər şey qaydasındadırmı? Elə bir
çatışmazlıq varmı ki, bu üzə çıxdı və siz bunu nəzərə
alacaqsınız?
-Bizim keçirtdiyimiz bu təlimlərin əsas məqsədi – qarşılıqlı
fəaliyyət və iştirak, idarəçilikdə bütün qoşun növlərinin birgə
fəaliyyətini təşkil etmək, məntəqələrin bütün idarəçilik
imkanlarından istifadə etməkdir. Yəni bütün qoşun növlərindən
qarşılıqlı istifadə edərək düşməni darmadağın etmək. Bildiyiniz
kimi biz bütün KİV-lərə məlumat vermişdik ki, qoşunların
idarəçiliyində əsas məqsəd -qoşunların idarəçiliyi və əks hücumun
dəf olunması, düşməni mühasirəyə götürüb, darmadağın etmək
olub.
Qeyd edim ki, təlimlər zamanı yaranan nöqsanlar artıq yox edilib.
Cənab Prezidentin diqqət və qayğısı nəticəsində əldə etdiyimiz
avadanlıq bizə imkan verir ki, idarəçiliyi daha yüksək səviyyədə
təşkil edək. Hətta burada avtomatlaşdırılmış sistemlər, yeni
proqramlar tətbiq olunur. Bu avadanlıqlar bizdə şərait yaradır ki,
hadisələri qısa bir müddətdə təhlil edək və düzgün qərar qəbul
edək.
-Cənab nazir, “Shant 2015” yəqin məlumatınız var?
Ermənilərin də belə bir təlimləri keçirlib? Amma onlar palatkalar
qururlar, mülki əhalini guya evakuasiya edirlər, yaralıları atəş
zonasından çıxardırlar. Ümumiyyətlə onların təlimlərinə
münasibətiniz necədir? Bəs biz təlimlər zamanı niyə “palatkalar”
qurmuruq, mülki əhalini çıxartmırıq, simulyasiya
etmir?
-Bilirsiz, əgər təlimlərin mahiyyətinə baxsaq, bilmək olar ki,
onlar nəyə hazırlaşır, biz nəyə hazırlaşırıq. Buradan görmək olar
ki, vəziyyət necə olacaq. Hər kəs öz imkanlarına və niyyətlərinə
uyğun təlimləri təşkil edir. Bu gün tam əminliklə deyə bilərəm
ki,
Ali Baş komandanın tapşırığı nəticəsində Silahlı Qüvvələrin döyüş
qabiliyyəti, hazırlığı o səviyyədədir ki, biz istənilən vaxt işğal
olunmuş ərazilərimizi azad etməyə tam hazırıq. Ona görə də mən
istərdim ki, düşmən son anda başa düşsün ki, bu onlar üçün faciə
ilə nəticələnə bilər. Hələ ki gec deyil bizim torpaqlarımızı azad
etsin!
-Təlimlərin növbəti mərhələsində hansı proseslər
öyrəniləcək və Azərbyacan Silahlı Qüvvələrinin daha hansı bölmələri
bu proseslərə cəlb olunacaq?
-Təlimlərin növbəti mərhələsində bütün qoşun növlərinin praktiki
tətbiqi keçiriləcək. Tank, raket artileriya, Hərbi Hava Qüvvələri
taktiki manevrləri həyata keçirəcək. Bura daxildir raket və
artileriya zərbələri, havadan hücumlar. Sonrakı təlimlərdə də
helikopterlər, təyyarələr yenə də iştirak edəcək. Bundan başqa
təlimlərə Silahlı Qüvvələrin digər növləri-istehkamçılar,
kəşfiyyatçılar, xüsusi təyinatlı qoşunlar da cəl olunacaq. Deyə
bilərəm ki, Silahlı Qüvvələrin döyüş vaxtı tətbiqini bu təlimlərdə
sınaqdan çıxartıq. Bir daha vurğulayıram ki, Ali Baş komandanın da
tapşırığı bundan ibarətdir ki, biz qoşunların döyüş qabiliyyətini
təhlil və məruzə edək.
Təşəkkür edirik!
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR