Tədris ili ilə bağlı bu yollara piyada zolaqları çəkilib – FOTO
Bizi izləyin

Qırmızı.az

Tədris ili ilə bağlı bu yollara piyada zolaqları çəkilib – FOTO

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli protokoluna əsasən və yeni tədris ilinin başlanması nəzərə alınaraq, piyada zolaqlarının yenidən rənglənməsi və yeni piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

Publika.az xəbər verir ki, bu işlər piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsini təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən paytaxtın 91 küçə və prospektində həyata keçirilib. Xüsusi olaraq məktəblərin yerləşdiyi küçə və prospektlərdə aparılan işlər nəticəsində 157 yerdə “zebra” tipli üfüqi nişanlama xətləri çəkilib. Bununla da piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsi təmin edilib.

Bundan başqa Bakı şəhərində 28 küçə və prospektdə 164 avtobus dayanacağında məlumatverici üfüqi nişanlanma xətləri də çəkilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm