Ermənistanın məhv edilən pilotsuz aparatının tipi açıqlandı - FOTO
Bizi izləyin

Qırmızı.az

Ermənistanın məhv edilən pilotsuz aparatının tipi açıqlandı - FOTO

Ermənistan Silahlı Qüvvələrinin məhv edilən pilotsuz uçan aparatı X-55 (Ptero - 5E) tipinə aiddir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, dəqiqləşdirilmiş məlumata görə bu gün cəbhənin Ağdam rayonu istiqamətində Hərbi Hava Qüvvələrimizin hava hücumundan müdafiə bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə məxsus məhv edilən kəşfiyyat məqsədli pilotsuz uçan aparatı X-55 tipinə aiddir.

X-55 PUA-ın taktiki-texniki xüsusiyyətləri:

- Qanadların açılışı 3030 mm.
- Uzunluğu 2100 mm.
- Kreyser sürəti 85-115 km/saat
- Maksimal uçuş sürəti 180 km/saat
- Havada qalma müddəti:
- elektrik mühərriki ilə 1.5 saat
- benzin variantında 8 saatadək
- Maksimal uçuş məsafəsi 130 km.
- Maksimal uçuş hündürlüyü 2000 m.
- Maksimal tətbiqetmə uzaqlığı 85 km.-dək
- Qalxma üsulu katapult
- Enmə üsulu paraşüt

Oxumağa davam et
Reklam
Reklam

Gündəm