Bakının iki küçəsi bağlandı
Bizi izləyin

Qırmızı.az

Bakının iki küçəsi bağlandı

Binəqəqdi rayonu Əcəmi Naxçıvani küçəsi və Atatürk prospektinin bir hissəsi təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti bağlanıb.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-dən məlumat verilib. Qeyd edək ki, ümumilikdə təmir-tikinti işləri bir-neçə küçənin kəsişmələrində aparılır. Atatürk prospektinin hər iki istiqamət üzrə Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələrindən, uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissələri sıradan çıxmış Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsindən gedir. Təmir işləri aparılan zaman sözügedən ərazilər hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanacaq.

Sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılır. Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Ehtiyacı olan yerlərdə yol yatağı bərkidilib və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə burda 12500 kvadrat metr ərazidə asfaltlama işləri aparılacaq. Ərazidə təmir işləri çərçivəsində artıq 1500 paqonmetr köhnə səki daşı yenisi ilə əvəzlənib, yol kənarları və piyada səkiləri asfalt-beton örtüyü döşənərək abadlaşdırılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm