Metro ticarətçiləri köçmək üçün 1 il vaxt istəyir
Bizi izləyin

Qırmızı.az

Metro ticarətçiləri köçmək üçün 1 il vaxt istəyir

Metro ticarətçiləri köçmək üçün 1 il vaxt istəyir

Onlarla metro ticarətçisi Bakı Şəhər İcra Hakimiyyəti başçısı ilə görüşüb. Publika.Az BBC-yə istinadən məlumat verir ki, ticarətçilər BŞİH başçısı Hacıbala Abutalıbovla təxminən bir həftə sonra ticarət obyeklərinin yığışdırılacağı barədə müzakirə aparıb.

Görüşdə iştirak edən ticarətçilər bildirib ki, Abutalıbovdan metro keçidlərindən köçmək üçün bir il vaxt verilməsini istəyib.

Ticarətçilərin sözlərinə görə, icra başçısı bu məsələnin onun deyil, Bakı Metropoliteninin səlahiyyətində olduğunu qeyd edib."Bizə təklif etdi ki, sizi Şərq bazarı və digər bazarlarda yerləşdirə bilərəm, 3 ay yer haqqı almayacağam".

Amma ticarətçilər təkliflə razılaşmadıqlarını vurğulayıb.

Bakı Metropoliten İdarəsi açıqlamasında bildirib ki, sahibkarlar, ilk növbədə kassalara yaxın ərazilər olmaqla, keçiddəki ticarət köşklərinin martın 27-dən başlayaraq söküləcəyi barədə məlumatlandırılıb.

Qurum rəsmiləri bildirib ki, "səliqəsizlik və natəmizlik yaradan" köşklərin sökülməsinin məqsədi sərnişinlərin "maneəsiz" hərəkətinə şərait yaratmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm