Bakı-Sumqayıt qatarında problemlər başladı: 2 saat gecikmə
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt qatarında problemlər başladı: 2 saat gecikmə

İki həftədir istifadəyə verilən Bakı-Sumqayıt sürət qatarı qrafikə uyğun hərəkət etmir.

Həmin qatarın gündəlik istifadəçilərinin Publika.az-a verdiyi məlumata görə, qatar bəzən 1-2 saata qədər gecikir. Mənzil başına daha tez və rahat çatmaq üçün bu qatara üz tutanlar gecikmələrə görə alternativ yol axtarmalı olurlar.

Problemlə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən Publika.az-a bildirdilər ki, problemdən xəbərdardırlar və qatarların gecikməsi yollardakı problemlə bağlıdır.

“Necə ki avtobus yolunda tıxac və s. problemlər olur, eləcə də qatarların hərəkət etdiyi yollarda müəyyən problemlər yaşanır. Bundan başqa, Bakı-Sumqayıt qatarları yeni istifadəyə verilib. Yollarda təmir aparılır. Bu cür gecikmələrin olması normaldır. Məsələn, bu gün saat 08:38-də Bakıya çatmalı olan qatar 2 saat gec gəlib. Müəyyən müddət sonra problem həll olunacaq”.

Qeyd edək ki, Bakı-Sumqayıt qatarları sentyabrın 13-də fəaliyyətə başlayıb. Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik müəyyən edilib. Qatarlar bu məsafəni 40 dəqiqəyə getməlidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm