“Dünyanı Bərabər Ölçək” layihəsi həyata keçirildi
Bizi izləyin

Qırmızı.az

“Dünyanı Bərabər Ölçək” layihəsi həyata keçirildi

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi Azərbaycan Tələb Gənclər Təşkilatları İttifaqının “Mədəniyyət” işçi qrupunun təşkilati dəstəyi ilə “Dünyanı bərabər ölçək” adlı layihə reallaşdırılıb.

ATGT-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə layihə çərçivəsində müxtəlif təhsil müəssisələrində təhsil alan 40 tələbəyə tolerantlığın mahiyyəti, onun cəmiyyətdə kökləri və tolerant cəmiyyətin formalaşdırılması yolunda görülən işlər barəsində seminar keçirilib.

Layihəyə ekspert kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı cəlb olunub.

İştirakçılara tolerantlıq, tolerant cəmiyyət, bu sahədə olan mənfi hallar barəsində məlumatlandırıcı kitabçalar paylanılıb və aktiv olan iştirakçılar sertifikatlar ilə təltif olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm