“Onlara bu ətdən yedirdin”
Bizi izləyin

Qırmızı.az

“Onlara bu ətdən yedirdin”

Bu gün müsəlmanlar Qurban bayramını qeyd edir.

Publika.az xəbər verir ki, dini qaydalara uyğun olaraq qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəbb əməllərdən hesab olunur.

Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.

Qurban kəsilən heyvan sağlam və kök olmalıdır.

Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır.

Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır.

Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır.

Qurban ətinin satılması haramdır.

Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir.

Yeddiyədək şəxsin cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər.

Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır.

Qeyd edirik ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin, üç hissəyə bölünməlidir.

Bir qayda olaraq qurban kəsərkən heyvanı üzü qibləyə uzatmaq, qoyundursa, qıçının birini аzаd sахlаmаq, iribuynuzlu heyvаndırsа, dörd аyаğını dа möhkəm bаğlаmаq lаzımdır. Heyvаnın bоğаzınа qoyulan bıçаq iti olmalıdır. Heyvan kəsilərkən “Bismillаhi və billаhi vəllаhu əkbər” deyilməlidir. Daha yахşı оlаr ki, Qurbаn duаsı охunsun.

Hədisi-şərifdə Həzrət Peyğəmbər (s) buyurur: “Uca Allah qurbanlığı yoxsulların iqtisadi vəziyyətinin yaxşılaşmasından ötrü qərar vermişdir.

Hədisi-şərifdə Həzrət Peyğəmbər (s) buyurur: “Uca Allah qurbanlığı yoxsulların iqtisadi vəziyyətinin yaxşılaşmasından ötrü qərar vermişdir. Onlara bu ətdən yedirdin”.

.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm