Rayonlara gediş qiymətlərini kim artırdı? – ÖZBAŞINALIQ
Bizi izləyin

Qırmızı.az

Rayonlara gediş qiymətlərini kim artırdı? – ÖZBAŞINALIQ

Bayram günlərində regionlara gedən, eləcə də rayonlardan paytaxta gələn avtobuslarda gediş haqqı artıb.

Sərnişinlərin Publika.az-a verdiyi məlumata görə, bu artım bütün istiqamətlərdə hərəkət edən avtobuslarda müşahidə edilir.

Məsələn, əvvəl Cəlilabaddan Bakıya gələnlər 4 manat ödəyirdilərsə, bu dəfə sürücülər 5 manat tələb edib. Səbəbini soruşanlara isə “bizlik deyil, yuxarının qərarıdır” cavabı verilib. Digər rayonlara gedən sərnişinlər də oxşar halla qarşılaşıblar. Gedişhaqqında 1-2 manatlıq artım müşahidə ediblər.

Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev Publika.az-a açıqlamasında gedişhaqqında hər hansı dəyişiklik olmadığını deyib:

“Gedişhaqları olduğu kimidir. Hər hansı sərnişindən isə gediş haqqının artırılması ilə bağlı bizə şikayət olmayıb. Ümumiyyətlə, sərnişinlərə məsləhət görürük ki, bileti kassadan alsınlar. Biz yalnız Bakı Beynəlxalq Avtovağzalından alınan biletlərin qiymətinə görə məsuliyyət daşıyırıq. Regionlardakı avtovağzalların işinə qarışa bilmərik”.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalının saytında gediş tarifləri göstərilib. Bu cədvəldə Cəlilabada gediş haqqı 3 manat 38 qəpik müəyyən edilib.

Bu linkdə rayonlara gediş haqqı tarifləri ilə tanış olmaq mümkündür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm