Hacılarımızın ilk qrupu Bakıdadır
Bizi izləyin

Qırmızı.az

Hacılarımızın ilk qrupu Bakıdadır

Bu gündən azərbaycanlı hacılar ölkəyə geri dönür.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın Publika.az-a verdiyi məlumata görə, zəvvarların ilk qrupu bu gün səhər 07:15-də Məkkədən vətənə yola düşüblər və artıq Bakıdadırlar.

R.Dadaşova bildirib ki, növbəti qrup günorta saatlarında gələcək.

“Reyslərdə müəyyən gecikmələr ola bilər. Lakin gedəndə zəvvarlar kiçik qruplarla yola düşürdülər, qayıdanda isə təyyarələr böyük olduğundan bir neçə qrup eyni vaxtda qayıda biləcək. Bu baxımdan geri dönüşün daha tez başa çatmasını gözləyirik”,- deyə R.Dadaşova bildirib.

Qeyd edək ki, bu il Həcc ziyarətinə 2400-dən çox azərbaycanlı gedib. Onlardan 3-cü dünyasını dəyişib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm