İranın Bakıdakı səfirliyi Məkkədə həlak olanlarla bağlı anım təşkil edəcək
Bizi izləyin

Qırmızı.az

İranın Bakıdakı səfirliyi Məkkədə həlak olanlarla bağlı anım təşkil edəcək

İranın Azərbaycandakı Səfirliyində Mina faciəsində həlak olan İrandan olan zəvvarlarla bağlı xatirə kitabı açılacaq.

Bu barədə Publika.az-a səfirlikdən məlumat verilib. Məlumata görə, İranın Bakıdakı Səfirliyinin mətbuat katibi Seyid Məhəmməd Ayətullahi bildirib ki, bu il Həcc mövsümü zamanı bir çox iranlı hacıların Mina faciəsində ölümü ilə əlaqədar İran İslam Respublikasının Bakıda yerləşən səfirliyinin 1-ci binasında dövlət rəsmiləri və Azərbaycanda yerləşən xarici diplomatların öz ürək sözləri və başsağlığını bildirməsi üçün xüsusi xatirə kitabı açılacaq.

Seyid Məhəmməd Ayətullahi deyib ki, İran səfirliyinə gəlib xatirə kitabını imzalamaq mərasimi sentyabrın 30-u və oktyabrın 1-i saat 10.00-dan 16.00-a qədər davam edəcək. Onun sözlərinə görə, bu barədə Xarici İşlər Nazirliyi və Bakıda yerləşən digər səfirliklərə rəsmi olaraq məlumat verilib: "Bu hadisə İslam dünyasında çox böyük bir hüznə səbəb oldu. İranın Azərbaycandakı səfirliyi Mina faciəsində dünyasını dəyişmiş insanların ailə üzvlərinə başsağlığı verir və xalq tərəfindən gələn başsağlığına görə öz minnətdarlığını bildirir".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm