Qırmızı.az
Azərbaycanda uşaqlar arasında ən çox yayılan xəstəliklər
Azərbaycanda uşaqlar arasında ən çox göz, tənəffüs orqanları, həzm sistemi, sümük-əzələ sistemi, qan dövranı xəstəlikləri artıb.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru Surxay Musayevin “Azərbaycan müəllimi" qəzetinə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, ötən il uşaqlar arasında həyata keçirilən icbari dispanserizasiya nəticəsində 1957174 uşaq müayinə olunub və 657096 (33,6%) uşaqda xəstəlik aşkarlanıb.
Xəstəliklər daha çox 6-17 yaş arasında olan uşaqlarda üzə çıxarılıb. Xəstəlik aşkarlanmış uşaqların 162876 nəfəri 5 yaşa qədər, 446790 (68%) nəfəri isə məktəbyaşlı uşaqlar (6-17 yaş) olub.
S.Musayevin sözlərinə görə, uşaqlarda xəstəliklərin artma tendensiyası məhz məktəb dövrünə düşür.
“Təhsil sistemində çalışanlar "məktəb xəstəlikləri" anlayışı ilə tanışdırlar. Bu, o xəstəliklərdir ki, daha çox uşaqlarda məktəb illəri ərzində inkişaf edir. Bunlardan tənəffüs, həzm, dayaq-hərəkət, sinir və göz xəstəliklərini qeyd etmək olar. Aydın məsələdir ki, bu və ya digər xəstəliklərin məktəblilərdə əmələ gəlməsi və ya inkişafı ilə bağlı məsuliyyəti yalnız məktəbin və təhsil texnologiyalarının üzərinə qoymaq düzgün olmazdı. Burada digər amillər də rol oynayır. Ancaq uşağın sağlamlığının qorunması məsələsində ilk növbədə məsuliyyət valideynlərin üzərinə düşür.
Elm və texnikanın inkişafı insanların, xüsusən, uşaqların fiziki aktivliyinin xeyli dərəcədə azalmasına səbəb olub. Halbuki fizioloqların fikrincə, uşaqların fiziki fəallığa tələbatı böyüklərə nisbətən iki dəfədən artıqdır. Aparılan tədqiqatlar göstərmişdir ki, 75% uşaqlar hipodinamiyadan əziyyət çəkir və gələcəkdə də həmin uşaqlarda daha çox ürək-damar, sinir, onkoloji və endokrin sistemlərin patologiyasına rast gəlinir. Hipodinamiya uşaqlarda orqan və sistemlərin normal inkişaf və fəaliyyətinə mənfi təsir göstərir”.
Dövlət Statistika Komitəsinin "Azərbaycanda uşaqlar" 2012 və 2014-cü il rəsmi statistik məcmuələrinə istinadən 2007- 2013-cü illəri əhatə edən dövr ərzində uşaqlar arasında bir sıra xəstəliklərin artması müşahidə olunub. Belə ki əgər 2007-ci ildə hər 10.000 nəfər 17 yaşınadək uşaqda sinir sisteminin xəstəliklərinə 136.4 hallarda rast gəlinirdisə, 2013-cü ildə bu göstərici artaraq 183.8-ə çatıb.
Həmin müddət ərzində uşaqlarda göz xəstəlikləri 112,7-dən 156.3-ə,
tənəffüs orqanlarının xəstəlikləri 2222,6-dan 2732.6-ya, həzm
sistemi xəstəlikləri 267.1-dən 386.1-ə, sümük-əzələ sistemi
xəstəlikləri 34.3-dən 43.4-ə, qan dövranı xəstəlikləri 70.7-dən
95.4-ə qədər artıb.
Ümumiyyətlə, uşaqlarda xroniki xəstəliklərin ilk artma tempi 7-10 yaşlarına təsadüf edir. Xəstəliklərin yaranmasında irsi, ətraf mühit, ekoloji, sosial, tərbiyə və digər amillərin də rolu var.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı