Qırmızı.az
3-cü "Şuşa qrantı" müsabiqəsinin nəticələri açıqlandı
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 3-cü "Şuşa qrantı" müsabiqəsinin nəticələrini açıqlayıb.
EİF-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə Prezident yanında Elmin İnkişafı Fondu 2012-ci il 8 may tarixində “Şuşa qrantı”nı təsis edib.
1-ci “Şuşa qrantı” müsabiqəsi 2012-ci ildə elan edilərək
keçirilib və bu müsabiqənin nəticələri üzrə qalib 4 layihədən 2-si
beynəlxalq xarakterli olmaqla Almaniya və Ukraynalı alimlərlə
birlikdə uğurla yerinə yetirilib. 2-ci “Şuşa qrantı” məqsədli
müsabiqəsi isə EİF və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyası ilə birgə 2013-cü ildə elan olunaraq keçirilib, 10
qalib layihə müəyyənləşdirilib.
3-cü “Şuşa qrantı” müsabiqəsi isə 2014-cü ilin dekabrın 25-də elan
edilib, qrant iddiaçılarına kömək məqsədilə bir neçə məsləhət
seminarı təşkil olunub, ortaya çıxan suallara aydınlıq
gətirilib.
Müsabiqəyə müvafiq elm sahələri və qrant növləri üzrə 13 layihə
daxil olub, Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan
keçirilib, layihələrin ekspertizası işinə EİF-in daimi ekspertləri
və müstəqil elmi ekspertlər cəlb olunub. Müsabiqənin nəticələrinə
dair EİF Himayədarlar Şurası tərəfindən qəbul edilən yekun qərara
əsasən, 3-cü "Şuşa qrantı" müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə
həcmi 220000 manat olmaqla 5 qalib layihə müəyyənləşdirilib.
3-cü "Şuşa qrantı" müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Naxçıvan Bölməsində, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Prezident yanında Strateji Araşdırmalar Mərkəzində və qeyri-hökumət təşkilatı olan “Sağlam nəsil” Tibbi Elmi-Tədqiqat Mərkəzində yerinə yetiriləcək. Humanitar və ictimai elmlər sahəsi üzrə 4 layihə, biologiya, tibb və aqrar elmləri üzrə isə 1 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 2-si qadın, 3-ü isə kişidir.
2-si beynəlxalq olan qalib layihələrdən 4-ü fundamental-tətbiqi xarakterlidir, 1 layihə üzrə isə “Azərbaycan Respublikasındakı məcburi köçkünlərin adaptasiyasının sosial-tibbi aspektləri və həyat keyfiyyəti” mövzusunda Bakıda beynəlxalq elmi konfrans keçiriləcək.
“Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında
Naxçıvanın yeri və ermənilər tərəfindən törədilən soyqırımların
pərdəarxası”, “Ətraf mühitin təhlükəsizliyinin təminatı
kontekstində Ermənistandan Azərbaycana və digər region dövlətlərinə
qarşı ekoloji və hidroloji təhdidlər”, “Azərbaycanın Ağdam rayonu
toponimlərinin və dialektlərinin toplanılması və linqvistik
təhlili”, “Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi
nəticəsində travmaya məruz qalmış insanların sosial-psixoloji
vəziyyətinin qiymətləndirilməsi” kimi mövzular üzrə yerinə
yetiriləcək layihələr Qarabağ tədqiqatlarını daha da
zənginləşdirəcək.
Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq
olar.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?