Qırmızı.az
Orfoqrafiya lüğəti yenidən hazırlanacaq
Orfoqrafiya lüğəti yenidən hazırlanacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutundan Publika.az-a verilən məlumata görə, bu barədə “Orfoqrafiya Komissiyası”nın bugünkü iclasında deyilib.
Akademik Tofiq Hacıyevin rəhbərliyi ilə keçirilən iclada son günlər orfoqrafiya lüğəti ilə bağlı mətbuatda gedən məsələlər müzakirə olunub. T.Hacıyev bildirib ki, hər bir xalqın yazısında, dil mədəniyyətinin inkişafında orfoqrafiya qaydaları mühüm rol oynayır. Bu baxımdan mətbuatda lüğətin bəzi qaydalarının mübahisə obyektinə çevrilməsi təbiidir.
İclasda vurğulanıb ki, orfoqrafiya lüğətinin yenidən işlənməsi, verilmiş təkliflərin qiymətləndirilməsi, nöqsanların aradan qaldırılması üçün komissiya öz səylərini artırmalıdır. Toplantıda çıxış edən komissiya üzvləri, o cümlədən mövcud lüğətin redaktoru professor İsmayıl Məmmədov bildirib ki, indiki sözlük 110 min leksik vahidi əhatə edir. Yeni nəşrdə süni yolla yaradılmış sözlərin bir qismi lüğətdən çıxarılacaq.
Qeyd edək ki, orfoqrafiya lüğətinin 6-cı nəşri 2013-cü ildə çap olunub. Tofiq Hacıyev isə Dilçilik İnstitutunun direktoru vəzifəsinə 2014-cü ildə təyin edilib. Bundan sonra lüğətdəki qüsurları aradan qaldırmaq üçün xüsusi komissiya yaradılıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR