Lənkəranda evlər su altında qaldı, 150 ailə köçürüldü
Bizi izləyin

Qırmızı.az

Lənkəranda evlər su altında qaldı, 150 ailə köçürüldü

Lənkəranda yağışlar davam edir, 150 ailə təxliyə olunub.

Bu barədə Publika.az-a Lənkəran Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev məlumat verib.

O bildirib ki, indiyə qədər 150 ailə köçürülüb, əhalinin təxliyəsi davam edir: “Vilvan kəndində dəmir, İstisu qəsəbəsində beton körpünü su dağıdıb. Dağ kəndlərinə gedən yollarda maneələr yaranıb, torpaq sürüşməsi nəticəsində yollarda keçilməz yerlər əmələ gəlib, nəqliyyat əlaqəsi kəsilib”.

Səviyyəsi 12-14 metrə qalxan Lənkəran çayının üzərindən keçən körpülərin əksəriyyətinin dağıldığını deyən şöbə müdiri elektrik dirəklərinin yıxıldığını qeyd edib. Hazırda rayon ərazisində elektrik enerjisinin verilişi də dayandırılıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, rayon ərazisinə yağan yağışlar nəticəsində bəzi cökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini və yolları su basıb. Hazırda nazirliyin Cənub Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm