Qırmızı.az
Gəncədə Novruz şənlikləri
Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoydu. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibəti ilə martın 19-da Gəncədə ümumşəhər şənliyi keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Gəncənin Qala Qapılarından start götürən Novruz şənliyi Gəncənin milli koloritini özündə əks etdirən Cavad xan küçəsində davam edib.
Qala Qapılarının üstündə Azərbaycanın dövlət bayrağı dalğalanır. Şən musiqi səsləri ətrafa yayılır. Ozan baba, Bahar qız və Dədə Qorqud gəncəliləri təbrik edirlər. Milli geyimli qızlar şərbət paylayırlar. Tonqal ətrafında “Yallı” rəqsi ifa olunur. Keçəl və Kosa bayrama məzhəkəli oyunları ilə şuxluq gətirirlər. Qala qapısınn önündə rəmzi olaraq dahi mütəfəkkir,şair Nizami Gəncəvi, şairə Məhsəti xanım, Mirzə Şəfi Vazeh və Cavad xan tədbir iştirakçılarını salamlayırlar. Gəncənin Qala Qapıları açılır. Hamı Arxeologiya və Etnoqrafiya Muzey-Abidə kompleksinə daxil olur. Burada Tunç dövrünə, IX-XIII,XVI-XVII, XVIII-XIX əsrlərə dair Gəncənin hərb tarixini əks etdirən zəngin eksponatlar maraq doğurur. Bu muzeyin ərsəyə gəlməsində gərgin əmək sərf edən vətənpərvər insanların gördüyü şərəfli işlərə minnətdarlıq duyğuları ünvanlanır.
Bayram şənlikləri Cavad Xan küçəsində davam edir. Küçəboyu sərgilər, rəsm, qədim milli məişət əşyaları, biçmə-tikmə, dekorativ nümunələrdən, yamyaşıl səmənilərdən ibarət sərgilər şənliyə əlvanlıq gətirib. “Göy-Göl” ansamblının, Gəncə Dövlət Filarmoniyasının, Uşaq İncəsənət Məktəbinin,Gəncə Musiqi Kollecinin, Estrada ansamblının təqdim etdikləri musiqi proqramı rəğbətlə qarşılandı. Küçəboyu sərgilənən bayram kompozisiyaları, bayram süfrələri, sərgilər şəhərimizin ali, orta ümumtəhsil məktəbləri, uşaq bağçaları,incəsənət yaradıcılıq kollektivləri tərəfindən böyük həvəslə hazırlanıb.
Cavad xan küçəsinin mərkəzində şəhər İcra Hakimiyyətinin başçısı möhtəşəm bayram tonqalını yandırır. Şəhər rəhbəri bütün gəncəliləri bayram münasibəti ilə təbrik edir, onlara ruzi-bərəkət, firavanlıq və əmin-amanlıq arzulayır.
Sonra izdiham Məhsəti Gəncəvi mədəniyyət mərkəzinin qarşısına toplanır.
Şairənin heykəli önündə Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar bölməsinin sədri, əməkdar incəsənət xadimi, şair Məmməd Alimin “Gəncədən doğan ulduz” mənzum pyesi əsasında C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı kollektivinin hazırladığı tamaşa təqdim olundu. Tamaşadan sonra şəhər rəhbərliyi bütün tədbir iştirakçıları, ictimayyətin nümayəndələri dadlı və ləzzətli, şirniyyatlarla dolu bayram süfrələrinə qonaq oldular.
Gəncəlilərin bolluq və firavanlığını, xoş güzəranını əks etdirən Novruz Bayramı şənlikləri beləcə yüksək əhval-ruhiyyədə, oynaq musiqi sədaları, boyük coşqu, fərəh, sevinc duyğuları ilə, sabaha daha böyük inam və əzmkarlıq ruhu ilə yekunlaşdı.
“Yeni Gəncə” qəzeti
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO