AYB-nin mənzilləri satılmağa başladı
Bizi izləyin

Qırmızı.az

AYB-nin mənzilləri satılmağa başladı

AYB-nin mənzilləri satılmağa başladı

“Ucuz satmışıq”

Azərbaycan Yazıçılar Birliyinin 36 üzvünə ayrılmış 9 mənzildən 4-ü artıq satılıb. Bu barədə Teleqraf.com-a Mənzil Komissiyasının sədri Rauf Aslanov məlumat verib.

O, mənzillərin ucuz qiymətə binanı tikən “Abidə” MTK tərəfindən alındığını deyib: “Artıq 9 mənzildən 4-ü satılıb. Mənzillərin hər kvadratmetrinə 1000 manat verilib.

Nəzərə alsaq ki, hazırda “Sovetski”də sökülən mənzillərə 1500 manat konpensasiya verilir, onda deyə bilərəm ki, şəhərin mərkəzində, Zərgərpalan küçəsində yerləşən mənzillərə bu məbləğ çox aşağıdır.

Ancaq bununla belə satış üzvlərimizin öz razılığı ilə həyata keçirilib. Hər mənzildən təxminən 100 min manat 4 yazıçı arasında bölüşdürülüb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm