Bulvarda Novruz konsertinə hazırlıq - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Bulvarda Novruz konsertinə hazırlıq - FOTOREPORTAJ

Bulvarda Novruz hazırlığı

Paytaxtda Novruz hazırlıqları davam edir. Artıq Bulvarda sabah təşkil ediləcək konsert proqramına hazırlıq işləri görülür. Publika.Az-ın məlumatına görə, stendlər hazırlanıb, ifaçıların çıxış edəcəkləri səhnələr hazırdır, çıxışçılar isə son məşqlərini edirlər. Məşhur “Nənələr” qrupu da sabahkı tədbirdə iştirak üçün hazırlaşır. Onların ifaları bulvar sakinlərinin marağına səbəb olub, hətta şəkil çəkdirmək üçün növbə yaranıb.Müxtəlif bölgələrdən gələn sakinlər öz stendlərini hazırlayırlar. Sabah onlar gətirdikləri məhsulların həm sərgisini, həm də satışını təşkil edəcəklər.

Polis ərazidə təhlükəsizliyi təmin edir. Təcili yardım briqadaları isə hər hansı problem yaranarsa, insanlara yardım göstərmək üçün ərazidədir.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm