Azərbaycanda dəhşətli qəza: 2 ölü
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda dəhşətli qəza: 2 ölü

Goranboy rayonunun Cinli Boluslu kəndində (rayon mərkəzindən 11 km aralı) "Hyundai" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Goranboy rayonunun Cinli Boluslu kəndində (rayon mərkəzindən 11 km aralı) "Hyundai" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olunub ki, hər iki avtomobilin sürücüsü hadisə yerində vəfat edib.

Deformasiyaya uğramış "Kia" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan 1973-cü il təvəllüdlü Əhmədov Hikmət Komisar oğlunun meyiti müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla yanğınsöndürən-xilasedicilər tərəfindən, digər sürücü 1988-ci il təvəllüdlü Məmmədov Nicat Mürşüd oğlunun meyiti vətəndaşlar tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm