Qırmızı.az
Azərbaycana qar yağacaq
Bu gün qeyri-sabit hava şəraiti proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında mart ayının 21-də günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 3-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında martın 22-də axşamadək güclü küləkli hava şəraiti və meteoroloji amillərin xeyli tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olsa da, sonrakı iki gündə nisbətən mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaqdır.
Naxçıvan Muxtar Respublikasında - bəzi yerlərdəyağıntılı olacağı, dağlıq ərazilərdə qar
yağacağı gözlənilir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək
isti, dağlıq ərazilərdə 8° şaxta, gündüz 10-15° isti olacağı
gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında - Səhər
və gündüz yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Axşam intensiv olacağı ehtimalı vardır. Temperaturun gecə 3°
şaxtadan 3°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında - Səhər
duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 8-13° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,Ağsu, Şamaxı,
Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında - Arabir
yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Havanın
temperaturunun gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə
0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
- Səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı
gözlənilir. Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti, bəzi
yerlərdə 20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında - Səhər
duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir.
Havanın temperaturunun gecə 4-6° isti, gündüz 10-15° isti, dağlarda
gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı
proqnozlaşdırlır.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO