Bakıda yaşayış binasının damının uçma təhlükəsi yaranıb
Bizi izləyin

Qırmızı.az

Bakıda yaşayış binasının damının uçma təhlükəsi yaranıb

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda yaşayış binasının damının xarici konstruksiyasının bir hissəsinin uçma təhlükəsi yaranıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda yaşayış binasının damının xarici konstruksiyasının bir hissəsinin uçma təhlükəsi yaranıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2-ci və 3-cü mərtəbələri arasında uzunluğu 3 metr olan dəmir-beton plitə binadan qismən aralanaraq asılı vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dəmir-beton plitənin armaturlarını kəsərək yerə endirmiş və yaranan təhlükəni aradan qaldırıblar.

Həmçinin xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm