Qırmızı.az
Azərbaycanda mobil telefon fırıldaqçıları “peyda” olub
Şəbəkə şəklində fəaliyyət göstərən fırıldaqçılar Azərbaycanın mobil operatorlarının abunəçilərini tora salıblar.
Beynəlxalq mobil dələduzlar Azercell abunəçilərinə rus dilində
“Zdravstvuyte, pozvonite mne sroçno” SMS-i göndərir, geriyə zəng
etmək üçün də telefon nömrəsi qoyurlar. Belə SMS-lərdən biri
Azercell abunəçisinə +4673170184 nömrəsindən gəlib və ona
006745599387 nömrəsinə təcili zəng etməsi bildirilib.
Bu cür faktlar xeyli sayda qeydə alındığından, Azercell şirkəti öz
Facebook səhifəsində abunəçilərinə xəbərdarlıq ünvanlayıb:
“Hörmətli abunəçilər, son günlər Azercell şəbəkəsi istiqamətində
beynəlxalq mobil dələduzlarının fəallaşmasını nəzərə alaraq, sizə
diqqətli olmağı tövsiyə edirik. Bununla əlaqədar tərəfimizdən bütün
müvafiq tədbirlər görülür.
Şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də
göstərilən beynəlxalq nömrələrə zəng etməməyi məsləhət görürük. Əks
halda, nömrə hesabınızda böyük məbləğdə borc yarana bilər”.
Abunəçilər şirkətin həyata keçirdiyi yeni kampaniya, tarif planları
və digər məhsullar barədə Azercell-in rəsmi saytı, Facebook
səhifəsi və mətbuat kanallarından daha ətraflı məlumat ala
bilərlər. Bayram günlərində dələduzların toruna düşmək
istəmirsinizsə, ayıq-sayıq olun.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO